Olsen: "Sabahkı oyuna hazırıq"

16.11.2018 | 4198 dəfə oxunub

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah keçiriləcək Azərbaycan – Farer adaları oyunundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Lars Olsen jurnalistlərin suallarını cavablandırıb.

Danimarkalı mütəxəssis öncə oyunla bağlı danışıb: - Sabahkı oyuna hazırıq. Heyətimizdə itki yoxdu və buna sevinirik. İlk oyunda kobud səhvlər etmişdik və Azərbaycan bizi məğlub etmişdi. bura 2-ci gün gəlmişik. Komandamız yorğun deyil.

- Bakıya erkən səfəriniz nə ilə bağlıdı: iqlimdən, yoxsa mümkün məğlubiyyətdən qorxursunuz?

- Bakıda da Farer adaları ilə eyni hava şəraitidi. Uzun səfər olmuşdu. Həftənin ikinci günü gəlməyimizin səbəbi də uyğunlaşmaq istəyidi. Evdə rəqiblə başabaş oynamışdıq. Sabah da bu cür olmasını gözləyirəm.

- Mətbuatda sizin start “11-liy”iniz yazılmışdı. Həqiqətən də, bu heyətlə çıxış edəcəksiz, yoxsa bu, aldadıcı ola bilər?

- Heç vaxt “11-lik” elan etməmişəm. Ola bilsin ki, bu hansısa media mənsubunun ixtirasıdı.

- Futbolçu sanki konfrans zalını gərgin, əsəbi tərk etdi. Düşünmürsüz ki, verdiyimiz suallar yetirmənizin sabah qırmızı vərəqə almasına səbəb ola bilər?

- Belə deməzdim. Futbolçularım çox sakitdi. Sabah da əvvəlki görüşlər kimi davranacaqlar. Bizim evdə və ya səfərdə oynamağımızın fərqi yoxdu. Oyuna yanaşmağımız eynidi.

- Evinizdəki oyunda mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?

- Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.

- Qrupun favoriti sizcə kimdi: Kosovo, yoxsa Azərbaycan?

- Bu məsələ ilə bağlı öz fikrimi bildirəcəm. Öz komandamı qeyd etmək çətindi. Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovo idi. Favorit onlardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail