Uşaq futbolunda biabırçılıq - Məşqçilər əlbəyaxa çıxdı - VİDEO

02.12.2018 | 5046 dəfə oxunub

İstirahət günümü xoş keçirmək üçün 3 yaşlı qardaşım oğlunu götürüb dəniz kənarına gəzintiyə getdim. Sumqayıtı yaxşı tanıyanlar bilir ki, "Kapital Arena" dəniz sahilinə yaxın ərazidə yerləşir. Az yaşlıların futbol oynamasını fürsət bilib, oyunlarını izləmək qərarı verdim. Kaş ki verməz olaydım ...

Xülasə, izlədiyim Araz Bakı UFK (Bakı)-UGİŞM-1 (Sumqayıt) oyunu başa çatdı və əsl "oyun" bundan sonra başladı. Cavanşir və Rasim adlı iki uşaq futbol məşqçisi elə uşaqların gözü önündə mübahisə etməyə başladı. İnsafən Rasim müəllim bu söhbətin yerinin bura olmadığını, məsələni çay süfrəsində danışmağı təklif etdi. Amma Cavanşir müəllimin inadı məsələnin əlbəyaxa davaya (videoda olmayan bu hissəyə özüm şahidəm) kimi uzanmasına səbəb oldu. Bu sırada uşaqlara futbolun sirlərini öyrətməli olan Cavanşir müəllim, vəzifəsini unudaraq uşaqlarla insanlığa sığmayan davranış göstərib, təhqirlə danışmağa kimi özündə "cəsarət" tapdı. Baş verənlərə tamaşa edən bir neçə valideyn, müdaxilə etmək əvəzinə çəkilişə maneə törətməyə cəhd etdilər. 

Məsələ ilə bağlı "Sumqayıt" futbol klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla danışdıq. Saytımıza açıqlama verən klub nümayəndəsi bunları dedi: "Baş tutan oyunun bizim akademiya ilə heç bir əlaqəsi yoxdur. Keçirilən oyun Şimal Zonası üzrə 14 yaşlılar arasında olub. Bizim isə bu yaşda olan komandalarımızın heç biri o liqada iştirak etmir. O komandalara sadəcə stadionumuzdan istifadə etmələri üçün şərait yaratmışıq"

Məsələnin "Sumqayıt" futbol klubu ilə heç bir əlaqəsi olmasa da AFFA ilə birbaşa əlaqəsi var. Budurmu təşkilatçısı olduqları çempionat? Budurmu inkişaf etdirmək istədikləri uşaq futbolu? Bu idarəçiliklə, bu təkilatçılıqla, bu inkişafla heç nəyə nail olmaq olmaz. Körpə balalara bu yaşında travma vuran uşaq məşqçiləri və onların "fəaliyyətinə" göz yuman idarəçilər tamaşaçı kimi ola belə stadionlara buraxılmamalıdır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail