Premyer Liqada 2018-ci ili bitirənlər

04.12.2018 | 4008 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 9 futbolçu üçün mövsümün ilk yarısı başa çatıb. Stadium.Az xəbər verir ki, 2018-ci ilin sonuncu – XIV turu ərəfəsində cəzalı duruma düşənlər üçün çempionatın ilk yarısı yekunlaşıb.

Buna XIII turda alınan vərəqələr səbəb olub. 4 oyunçu qırmızı, 5 futbolçu isə sarı vərəqə üzündən bu duruma düşüb.

“Neftçi”nin oyunçuları Baqali Dabo və Tural Axundov “Sabah”la görüşdə qırmızı vərəqə aldığından “Sumqayıt”la ev görüşünü buraxacaq. Eyni oyunda meydandan qovulan Vanderson Nakimento “Sabah”ın “Keşlə” ilə görüşündə “istirahət edəcək”.

“Zirə” daha böyük itkilərlə üzləşib. “Qəbələ” ilə matçda meydandan qovulan Bilal Hamdi, həmçinin mövsümdə 4-cü xəbərdarlığını alan İlkin Muradov, Kamal Mirzəyev, Pərdis Fərcad-Azad son turun “Qarabağ”la görüşündə oynamayacaq.

“Qəbələ” isə “Səbail”lə matçda Elvin Camalov və Ürfan Abbasovun xidmətindən yararlanmayacaq. Hər iki oyunçu sarı vərəqə sayını 4-ə çatdırıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail