"Neftçi"nin 8-ci qış çempionluğu

04.12.2018 | 4758 dəfə oxunub

Premyer Liqanda qış çempionu müəyyənləşib. Stadium.Az xəbər verir ki, mövsümün ilk yarısı başa çatmasa da, “Neftçi”nın qış fasiləsinə 1-ci pillədə yollanacağı rəsmiləşib.

Buna “ağ-qaralar”ın XIII turda səfərdə “Sabah” üzərində 2:1 hesablı qələbəsi səbəb olub. Xal hesabını 32-yə çatdıran Roberto Bordinin yetirmələri ilin son turunun nəticələrindən asılı olmayaraq fasiləyə 1-ci pillədə yollanacağını təmin edib.

Bu, “Neftçi”nin Azərbaycan çempionatları tarixində 8-ci qış çempionluğudur. Bakılılar 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11 və 2011/12 mövsümlərində də qış fasiləsinə lider kimi yollanmışdı. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Neftçi”dən başqa “Qarabağ” 6, “Kəpəz”lə “İnter” (indiki “Keşlə”) hərəyə 3 dəfə qış çempionu olub. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik”in (indiki “Şüvəlan”) hərəyə 1 belə uğuru var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail