Modriç: "Karyeramı "Real"da bitirmək istəyirəm"

05.12.2018 | 3679 dəfə oxunub

Xorvatiya milli komandasının və İspaniyanın "Real" klubunun futbolçusu Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.

Stadium.Az "Marka"ya istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi oyunçu karyerasını hazırkı klubunda sonlandırmaq istədiyini bildirib:

"Mənim klubumla iki illik müqaviləm var. Ümid edirəm ki, daha bir mövsüm bu komandada qalacağam. Karyeramı burada bitirmək istərdim. Ailəm də Madriddə xoşbəxtdir. Bu böyük klub üçün oynamaqdan zövq almaq istəyirəm".

Luka Modriç "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının builki qalibidir. O, 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. 

Modriç 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O daha əvvəl FIFA tərəfindən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail