"Qalatasaray" Mario Balotellini istəyir

10.12.2018 | 4309 dəfə oxunub

Hücum xəttində ciddi problemlər yaşayan "Qalatasaray" Mario Balotelliyə elçi düşüb.  Stadium.Az xəbər verir ki, baş məşqçi Fatih Terimin də italiyalı forvardın alınmasına razılıq verdiyi bildirilir.

Artıq "Qalatasaray" rəhbərliyi "Nitsa" ilə danışıqlara başlayıb. Tərəflərin gələn həftə danışıqlar masasına əyləşəcəyi bildirilir.

Balotellinin "Nitsa" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Klub prezidenti Jean-Pyer Rivere bir neçə gün əvvəl bildirib ki, italiyalı forvardla yeni müqavilə imzalamayacaqlar. Beləliklə, Balotelli yanvardan etibarən istədiyi klubla danışıqlara başlaya və yayda azad agent kimi transfer oluna bilər.

Amma hücumçuya ehtiyacı olan "Qalatasaray" kiçik transfer haqqı qarşılığında qışda onu heyətiqə qatmaq istəyir.

Karyerasına İtaliyanın "Lumezzane" klubunda başlayan Balotelli 2016-cı ildə İnter-ə 360 min avroya transfer olunub. Milan təmsilçisi 2010-cu ildə onu "Mançester Siti"yə 29,5 milyon avroya satıb. 3 il sonra 20 milyon avroya "Milan"a keçən futbolçu 2014-cü ildə eyni məbləğə Liverpool-a üz tutub. 2016-cı ildə isə azad agent kimi "Nitsa"ya keçib.

28 yaşlı hücumçu cari mövsümdə 10 rəsmi matça çıxaraq 758 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail