"Qarabağ"a qarşı gənc futbolçularla oynayacağıq" - Emeri

12.12.2018 | 4074 dəfə oxunub

Bizim məqsədimiz qrupda birinci olmaq idi. Bunu da bacardıq. Lakin "Qarabağ"a hörmətlə yanaşırıq".

Stadium.az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. İspaniyalı mütəxəssis Ağdam klubu ilə görüşdə daha çox gənc futbolçulara şans vercəyini bildirib: "Bəzi gənc futbolçularla oynayacağıq. Hansı ki, onların 23 yaşı tamam olmayıb. Loran Koselni də sabah meydanda olacaq. Uzun müddət zədədən əziyyət çəkdiyi üçün oyun təcrübəsi qazanmasını istəyirəm. Onun fiziki formasını görməliyik ki, həftə sonu "Sauthempton"la Premyer Liqa matçında meydana çıxıb-çıxmayacağına qərar verə bilək". Emeri komandanın liderlərindən olan Məsut Özilin sabahkı görüşdə meydanda olacağını da qeyd edib: "Özil komanda ilə birlikdədir. 18-likdə yer alacaq. Ancaq meydana ilk dəqiqədən və ya sonra daxil olacağına qərar verəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail