Azərbaycanlı məşqçi "Altınordu"nun bazasında

13.12.2018 | 4315 dəfə oxunub

Azərbaycan I Divizionunda fasilə yarandıqdan dərhal sonra “Şüvəlan” klubunun baş məşqçisi Aqil Nəbiyevlə icraçı direktor Seyidağa Babayev ölkəni tərk edib.

Stadium.az xəbər verir ki, adıçəkilən şəxslər Türkiyənin “Altınordu” klubunun düşərgəsinə yollanıb. Aqil Nəbiyev Türkiyədə olduğu müddətdə klubun akademiyası ilə tanış olub, iş prinsipi ilə maraqlanacaq. Təcrübə müddəti A kateqoriyalı məşqçi lisenziyasının tələbidir və 1 həftə müddəti əhatə edir. 

 

Aqil Nəbiyev saytımıza açıqlamasında bunları söyləyib: "Dünən "Altınordu" akademiyasının rəhbəri Savaş Sərdarla görüşümüz baş tutdu. Savaş 18 il "Qalatasaray"da, 2 il Hollandiya təmsilçisi "Utrext"də və 5 il öncə "Altınordu"ya gəlib və bu səviyyəyə qalxmasında əməyi böyükdür. Hollandiyada Yohan Kroyff universitetini bitirib. "Altınordu"da U-11-dən başlayaraq, U-21-ə kimi bütün komandalar var. Bu gün əsas komanda ilə görüşümüz baş tutacaq. Onlar da Super Liqaya namizəddirlər. Bizdə - "Şüvəlan"da U-11 və U-14 komandaları var. Yavaş-yavaş akademiya qurmaq istəyirik. Düzgün iş görmək və doğru istiqamət götürmək istəyirik. Bu barədə təcrübə toplamalıyıq. Çempionatımızda qoyulan limitə görə, məcburuq ki, gənc oyunçularla çıxış edən. Bu baxımdan "Altınordu"da limit məsələsiylə bağlı bilgilər alacağıq".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail