5-ci start, 11-ci matç, 7-ci rəqib

14.12.2018 | 5181 dəfə oxunub

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsindən mübarizəyə başlayacaq Zirə üçün ilk oyun yeni kubok mövsümünün startı olacaq.

Stadium.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Səbail"lə ev qarşılaşması ilə "qartallar” bu turnirdə 5-ci mövsümə başlayacaq.

Zirənin eyniadlı komandası indiyədək 4 dəfə kubok yarışına qatılıb. 2014/15 mövsümündə debüt edən futbolçularımız ilk cəhdi uğursuz alınıb. Komanda 1/16 finalda keçirdiyi ilk görüşdə mübarizəni dayandırıb. Növbəti üç mövsümdə isə eyni ssenari təkrarlanıb: 1/8 finalı uğurla adlayan "Qartallar” 1/4 finalda dayanıb və hər dəfə eyni sayda – 3 oyun keçirib. Bu il turnirə 1/4 finaldan başlayacaq komanda ardıcıl 4-cü dəfə bu mərhələdə oynayacaq.

Ümumilikdə 10 kubok matçında qüvvəsini sınayan Zirə indiyədək heç-heçə etməyib. Hesabında 5 qələbə və eyni sayda məğlubiyyət olan komanda 11 qol vurub, 15-ni buraxıb.

Bu qarşılaşmalardan 4-ü evdə, 6-sı səfərdə baş tutub. Bunun səbəbi 1/4 finala qədərki raundlar 1 oyundan ibarətdi və adətən aşağı liqa təmsilçilərinin meydanında keçirilir. Zirə-nin ev matçlarında mütləq tarazlıq hökm sürür: 2 qələbə, 2 məğlubiyyət, top fərqi – 5:5. Səfərdə eyni sayda – 3 qələbə və məğlubiyyəti olan "Qartallar” 6 top vurub, 10-nu buraxıb.

Samir Abasov baş məşqçi kimi "Zirə”ni ilk dəfə kubok oyununa çıxaracaq. Əvvəlki 10 görüşdə bu vəzifəni 3 mütəxəssis yerinə yetirib. Adil Şükürov 6, Ayxan Abbasov 3, Bəhram Şahquliyev 1 kubok matçında iş başında olub.

Bu turnirdə 55 futbolçu Zirə-nin formasını geyinib. Kamal Bayramovla Vüqar Mustafayev oyun sayında rekordçudurlar – hərəyə 8. Vüsal İsgəndərli isə 7 dəfə meydana çıxıb.

Komandanın 11 qoluna 7 futbolçu imza atıb. Kubokdakı bombardir Nelson Bonilla 3, Vüsal İsgəndərli və Nurlan Novruzov hərəyə 2 dəfə fərqlənib. Digər 4 oyunçu - Aleksandr Şemonayev, Milan Duriç, David Manqa və Orxan Əliyevin hesabında 1 qol var.

"Zirə" kubokda ilk dəfə Səbail-lə görüşəcək. Bu komanda "Qartallar”ın yarışdakı 7-ci rəqibi olacaq. Əvvəlki 10 matçda zirəlilər 6 klubla üz-üzə gəlib.

"Zirə"nin Səbail-lə ilk oyunu dekabrın 15-də, cavab matçı isə 19-da baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail