Qurban Qurbanov ən yaxşı seçildi

15.12.2018 | 3273 dəfə oxunub

Azərbaycanda 2018-ci ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Stadium.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub

Səsvermədə 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən 5-i U-19 millisinin baş məşqçisi Vüqar Məmmədə, 3-ü “Keşlə” ilə bu il Azərbaycan kubokunu qazanan Yuri Maksimova, 3-ü “Neftçi”nin baş məşqçisi Roberto Bordinə, 3-ü isə “Keşlə”nin  hazırkı çalışdırıcısı Tərlan Əhmədova səs verib.

Qurban Qurbanov 2018-ci ildə “Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub “Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir.

Qurban Qurbanova ilin məşqçisi mükafatı dekabrın 17-də təqdim olunacaq. 

Q.Qurbanov son 10 ildə 9-cu dəfədir Azərbaycanın ən yaxşı məşqçisi olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail