Samir Abbasov: "İndi vəziyyətimiz ürəkaçan deyil"

15.12.2018 | 5734 dəfə oxunub

"İndi bizim üçün ən vacib olan şey sakitləşməkdir. Çünki qalib gəlsək də, paltardəyişmə otağında təəssüf var. Sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var. Düşdüyümüz təzyiqdən çıxa, qol imkanlarını, penaltini dəyərləndirə bilmirik. İkinci matça ciddi hazırlaşmalıyıq. İndi vəziyyətimiz ürəkaçan deyil. Yaxşı dincəlib çempionata hazırlaşmalıyıq. Əfsuslar olsun ki, çox xal yığa bilməmişik. Ancaq əlimizi yana salmırıq. Səfərdəki cavab matçında bizi daha çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq".

Stadium.Az xəbər verir ki,  bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, penaltini niyə Mirsahib Abbasov vurduğu barədə sualı belə cavablandırıb:

"Futbolda ştatlı penalti vuran deyə bir şey yoxdur. Bizdə 11 metrlik cərimə zərbəsini Pərdis Fərcad-Azad vurur. Ancaq o, həmin anda ehtiyatda idi. Mirsahib topu çox inamlı şəkildə götürərək zərbəni vurmaq istədi. Bu, futbolçu üçün yaxşı haldır. Lakin kim təminat verə bilər ki, digər futbolçu penaltini dəqiq vura biləcəkdi?".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail