Ayxan Abbasov: "Bu ab-havanı onlar saxlayacaq"

15.12.2018 | 6238 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi"yə 2:0 hesablı qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Kubok oyunu idi, səfərdə çıxış edirdik. Rəqib çempionatın lideri idi və vaxtımız az idi. “Neftçi”nin gücü bəllidir. Bəli, bir neçə gün əvvəl onlarla oynamağımız bizim xeyrimizə oldu. Dabo kimi oyunçuları da meydanda idi. Cavab oyununda da vuruşacağıq. İki futbolçumuz zədə aldı. Onların yerini dolduracaq gənclərimiz var. Bu gün 1998 doğumlu futbolçular çıxış etdi. “Neftçi”ni keçə bilsək, bu, Sumqayıt futbolu üçün böyük uğur olar.

- Cavab oyununda futbolçuları bu ab-havada saxlamaq çətin olmayacaq?

- Futbolçulara da paltardəyişmə otağında ilk bunu tövsiyə etdim. Təcrübəli oyunçularımız var. Bu ab-havanı onlar saxlayacaq. Arxayınlaşsaq, bunun cəzasını alacağıq. Çünki son illər göstərir ki, bu hesab elə də böyük fərq deyil.

- Ardıcıl 12 oyun qol vuran "Neftçi"nin hücumunu dayandırmağın sirri nədədir?

- Elə bir sirri yoxdur. Ustalıq cəhətdən rəqibdən geri qala bilərik. Ancaq əzmkarlıq göstərərək, qapının toxunulmazlığını qoruya bildilər. Hətta bunun fonunda da rəqib qol vəziyyətləri yarada bildi. Cavab görüşündə də bu üstünlüyü qorumağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail