"Yarımfinal şansları hələ də bərabərdi" - Sənan Qurbanov

16.12.2018 | 3828 dəfə oxunub

Kubok oyunu fərqli olur. Çünki burda rəqiblə duel iki matçdan ibarətdir. Qarşılaşmadan öncə komandanı məlumatlandırmışdıq ki, səhv eləmək olmaz".

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la ilk oyunundan sonra mətbuat konfransında deyib. 38 yaşlı çalışdırııcı 1:0 hesablı qələbəni belə şərh edib: "Həm kollektiv şəkildə hücum etməli, həm də komanda şəklində müdafiə olunmalı idik. Bütün bunların detallarını futbolçulara aşılamışdıq. Bunun müəyyən hissələri alınsa da, tam şəkildə meydanda görmədim. Komanda halında müdafiə olunarkən müəyyən çatışmazlıqlar oldu. Nəticədə qapımız önündə təhlükələr yarandı. Hərçənd bilirdik ki, rəqib əks-hücumlarda təhlükəli epizodlar yarada bilər. Təəssüflər olsun ki, bununla bağlı verilən tapşırıqlar yerinə yetirilmədi. Amma bizim də qol imkanlarımız oldu. Həmin epizodları qola çevirsəydik, fərqli oyun ola bilərdi. Komanda qol imkanını qaçıranda psixoloji təsir edir. Sevindiricidir ki, evdə qol buraxmadan qalib gəldik. Cavab görüşünə daha ciddi hazırlaşacağıq ki, həmin səhvlər təkrarlanmasın. Rauf Əliyevin oyunundan razı qaldım, diqqətlidir, verilən tapşırıqları yerinə yetirməyə çalışır. Qismət Alıyev də verilən tapşırıqları düzgün yerinə yetirən futbolçulardandır. “Sabah” çox yaxşı komandadır. İlk oyundan sonra yarımfinal şanslarını yenə bərabər qiymətləndirirəm



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail