Tərlan Əhmədov: "Asan olmayacaq, ancaq bacara bilərik"

16.12.2018 | 3849 dəfə oxunub

"Qarabağ"a qarşı keçən oyunda səhvlər etmişdik. Çalışdıq ki, müdafiədə kompakt oynayaq və rəqibi əks-hücumlarda yaxalayaq. Bəzən bu, alınırdı".

Bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Kubok oyununda futbolçular psixoloji cəhətdən hazır olmalıdı. Bir səhv hər şeyi dəyişə bilir. Komanda müdafiədə yaxşı oynadı. Hücumda keyfiyyətli çıxış edə bilmədik. Qarşıda cavab görüşü var. Cütün taleyinə ayın 20-də aydınlıq gələcək. Bu gün hiss etdim ki, komandada görüləsi işlər çoxdur. Belə məğlubiyyətlə hələ heç nə itirilməyib. Cavab oyununda daha diqqətli oynamağa çalışacağıq".

- Rəqibin “Qarabağ" olduğunu nəzərə alsaq, 0:1 komandanız üçün üstünlükdür?

- Mümkünsüz heç nə yoxdur. Çalışacağıq ki, cavab matçında daha yaxşı oynayaq və qələbə qazanaq. Asan olmayacaq, ancaq bacara bilərik.

- Klub prezidenti Zaur Axundov hakimlikdən narazı görünürdü...

- Hamı görür ki, cərimə zərbəsi təyin olunursa, məsafə 9 metr olmalıdır, daha 12 metr yox. Diqqətli olmaq lazımdır. Cavan hakimlər təyinat alır. Amma səhvlər oyunun gedişinə təsir edir. Avropa futbolundan zövq alırıq, amma bizdə hər toxunuşa fit səslənir. Narazılıq olursa, deməli, var da.

- Conatan Ayite əvəzlənəndə nə isə deyirdi...

- Mənim üçün də qaranlıq qaldı. Araşdıracağıq ki, görək nə baş verdi. Hər oyunçu sona qədər oynamaq istəyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail