BATE-nin baş məşqçisi "Qarabağ"ın oyunlarını izləyəcək

18.12.2018 | 5148 dəfə oxunub

Həmişə olduğu kimi, sakit idim, amma proseduru maraqla izlədim. "Arsenal" düşə biləcək rəqiblər arasında ən güclülərdən biri idi. Rəqibin necə komanda olduğunu yaxşı bilirik. Unai Emeri 3 dəfə Avropa Liqasını qazanmış baş məşqçidir. Bu da hər şeydən xəbər verir". 

Stadium.az xəbər verir ki, bu sözləri Belarusun BATE klubunun baş məşqçisi Aleksey Baqa deyib. 37 yaşlı mütəxəssis Avropa Liqasının 1/16 final mərhələsinin püşkünü dəyərləndirib. Borisov klubunun baş məşqçisi bu mərhələdə üz-üzə gələcəkləri "Arsenal"ın "Qarabağ"a qarşı keçirdiyi oyunlarını izləyəcəklərini deyib: "Ötən il "Arsenal"a qarşı oyunlarıdan müəyyən təəssüratlarım var. Ancaq indiki komanda xeyli fərqlidir. Rəqibimiz barədə ən çox informasiyanı qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunlardan öyrənə biləcəm. Çünki biz ÇL-in təsnifat mərhələsində "Qarabağ"la qarşılaşmışdıq. "Arsenal" xeyli irəli gedib. Onlar Premyer Liqada ötən tura kimi 22 oyunda uduzmamışdılar". 

BATE "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşmışdı. Borisovlular Bakıda 1:0 hesabı ilə qalib gəlmişdi, evdə isə 1:1 hesablı heç-heçə edərək, təmsilçimizi mübarizədən kənarlaşdırmışdı. "Arsenal" isə Avropa Liqasının qrup mərhələsinin hər iki oyununda "Qarabağ"a qalib gəlib (3:0, 1:0).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail