Fərid Nəbiyevlə müqavilə uzadılır

05.01.2019 | 4003 dəfə oxunub

Çexiyanın "Slaviya" klubunun U-19 komandasında çıxış edən Fərid Nəbiyev gözləntiləri doğrultmağı bacarır.

Stadium.az xəbər verir ki, 19 yaşlı vinqerlə yeni müqavilə imzalanacaq. Əsas komandanın baş məşqçisi Yindrix Trpişovski Nəbiyevlə bağlı müsbət fikirdədir. 42 yaşlı çalışdırıcı U-21 millimizin üzvünü gələcək planlarında görür. Çexiyalı mütəxəssis gənc futbolçunu tez-tez əsas komandaya çağırır. Trpişovski yaxın gələcəkdə Fəridi əsas komanda ilə oyunlara da buraxmağı düşünür.

Nəbiyevin müqaviləsi 2020-ci ildə başa çatacaq. Lakin klub onunla yeni uzunmüddətli saziş bağlayacaq.

Fərid "Qəbələ"nin yetirməsidir. O, 2017-ci ildə Praqa klubuna keçib. Nəbiyev cari mövsüm 11 qol vurub, 3 məhsuldar ötürmə edib. (Sportal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail