Valverde: "Mövsümün sonunda qərar qəbul etməli olacağam"

06.01.2019 | 3616 dəfə oxunub

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Kataloniya klubu ilə müqaviləsi barədə danışıb. Stadium.Az xəbər verir ki, "AS" nəşri Valverdinin açıqlamalarına belə yer verib: 

"Mənim "Barselona" ilə qüvvədə olan müqaviləm var. Bu, daha bir il uzatmaq imkanı ilə iki illik müqavilədir. Mövsümün sonunda qərar qəbul etməli olacağam. İndi hələ mövsümün heç ortası deyil, lakin biz klubla bir-birimizi tam anlayırıq. Məğlub olan kimi, KİV sizin istefa ehtimalınızdan yazmağa başlayır. Lakin mənim əvvəlki kimi "Barselona" ilə müqaviləm var.

Demirəm ki, qərar qəbul etməli olan şəxs məhz mənəm. Bizim müqaviləmiz var və ona hörmət edəcəyik. Mən əvvəldən klubla yaxşı yola getmişəm".

"Barselona" 17 turdan sonra İspaniya çempionatına liderlik edir. Komanda Çempionlar Liqasında isə 1/8 finalda "Lion"la qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail