Millimizin iki üzvü "Beşiktaş"ın əsas komandasına cəlb olunub

08.01.2019 | 3739 dəfə oxunub

"Beşiktaş" Antalyada təlim-məşq toplanışına başlayıb. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması ilə 2016-cı ildə Bakıdakı Avropa çempionatında iştirak etmiş iki futbolçu da yer alıb.

Bunlar müdafiəçilər Ege Atlam və Hüseyin Seyliğlidır. Baş məşqçi Şenol Günəş hər iki oyunçunu "Beşiktaş"ın əsas komandasına cəlb edib.

Hər iki müdafiəçi Avropa çempionatından sonra da Azərbaycan millisinə cəlb olunub. Seyliğli son olaraq 2018-ci ilin noyabrında Ukrayna, Bosniya və Herseqovina ilə yoldaşlıq matçları üçün U-21 yığmasına çağırılıb. Atlam isə 2017-ci ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş beynəlxalq turnirə aparılıb.

"Beşiktaş"ın Antalya toplanışı yanvarın 14-dək davam edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail