Rauf Əliyev: "Ən böyük çətinliyim az şans qazanmağımdır" - MÜSAHİBƏ

09.01.2019 | 469 dəfə oxunub

"Qəbələ"nin hücumçusu Rauf Əliyev Stadium.az saytına müsahibə verib:

- Hazırlıq necə gedir?


- Gündəlik məşqlərimiz davam edir. Ayın 13-nə kimi burdayıq. Hər şey normaldır.

- Hücumçu kimi "Qəbələ" üçün istənilən faydanı verə bilmirsən. Nə baş verir?

- Açığı, o qədər də oyun şansım olmayıb. Oynadığım digər komandalara nisbətən burada daha az şans qazanıram. Düşünürəm ki, ən böyük çətinliyim budur. Başqa hər hansısa problem görmürəm. Meydana çıxdığım oyunlarda da əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam

- "Səbail"lə oyundan sonra da az şans qazanmağınla bağlı açıqlaman olmuşdu. Ümumiyyətlə, bu barədə baş məşqçi ilə hər hansısa söhbətin olub?

- Xeyr. Aramızda belə bir danışıq olmayıb. Düzdü, davamlı şans qazanmıram. Hücumçunun davamlı qol vurması üçün isə daim oynaması lazımdır. Belə şeylər baş məşqçinin qərarıdır. Hər hansısa söhbətə ehtiyac görmürəm.

- Bu vəziyyətdə nə etməyi düşünürsən?

- Zaman-zaman belə şeylər olur. Məşqlərimə davam edirəm. Fasilədən sonra bəlkə daha çox oynamaq imkanı qazandım. Şansımdan istifadə etməyə çalışacam.

- Düşünmürsən ki, "Kukuesi"dən ayrılıb 6 ay futbolsuz qalmağın yalnış addım idi.

- Xeyir. Çünki orda qalmağım mümükün deyildi. Ordan ayrılanda da futbolsuz qala biləcəyimi göz önünə almışdım. Məncə, ən böyük çətinliyim az şans qazanmağımdır

- Yerli futbolçular adətən region klubunda çıxış etməyin çətinliyindən danışırlar. Bir müddət əvvəl "Qəbələ"dən ayrılan Aqil Məmmədov da bu haqda açıqlama vermişdi. Sən bu haqda necə düşünürsən?

- Əlbəttə, hamı istəyir Bakını təmsil edən klublarda çıxış etsin. Çünki ailələrimiz Bakıda yaşayır. Ancaq bölgə klubu olan "Xəzər Lənkəran"da da çıxış etmişəm. Belə hallara öyrəşmişəm. Bu, elə də ciddi problem deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi