"Real"ın futbolçusu "Barselona" və Messi azarkeşidi

09.01.2019 | 3993 dəfə oxunub

"Real"ın 2 gün öncə "Mançester Siti"dən transfer etdiyi Brahim Dias "Barselona" azarkeşi çıxıb. Stadium.Az xəbər verir ki, təqdimat mərasimində "kral klubu"nun loqosunu öpərək, bu komandaya keçməklə uşaqlıq arzusunun yerinə yetdiyini dilə gətirən 19 yaşlı yarımmüdafiəçinin əslində isə "Barselona"ya azarkeşlik etdiyi məlum olub.

Hələ "Sevilya"nın akademiyasında çıxış edərkən, yerli telekanallardan birinə müsahibə verən ispaniyalı oyunçu ilə verilişin aparıcısı arasında belə bir dialoq olmuşdu:

- Hansı klub daha yaxşıdır - "Real", yoxsa "Barselona"?

- "Barselona".

- Kumirin kimdir?

- Messi.

- Səni hansı futbolçu ilə müqayisə etmək olar?

- Mənim üçün bunun elə bir fərqi yoxdur. Amma belə bir müqayisə olarsa, bunun Messiylə edilməsini istərdim.

"Real" 15 milyon avroya aldığı Diasla 6 illik müqavilə bağlayıb.

Image result for Brahim Dias real



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail