Pedro PAOK-a qayıdır

16.01.2019 | 3132 dəfə oxunub

"Astana"da aparıcı simaya çevrilən Pedro Enrike ayrılıq qərarı verib.

Stadium.az xəbər verir ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan 28 yaşlı futbolçu komandasına qayıdacaq. Braziliyalı vinqer PAOK-a dönəcəyini söyləyib:

"Həyat yoldaşımla məsləhətləşdim. PAOK-a qayıtmaq barədə qərar qəbul etdik. Klubun vitse-prezidenti Giorgos Savvidislə əlaqə saxladım və ona PAOK-a qayıdacağımı dedim. Qazaxıstanda qalmaq istəmirəm. Üç həftə sonra klub rəsmisi mənə zəng edib məni geri qaytarmaq üçün əllərindən gələni edəcəklərini dedi. Müqaviləmin başa çatmasına altı ay qalıb. Biz Avropa Liqasında da 1/16 final mərhələsinə yüksələ bilmədik. Mart ayında isə Qazaxıstanda çempionat start götürür. Mən PAOK-a qayıdıb, komandama kömək etmək istəyirəm. Savvidislə danışıq zamanı geri dönəcəyimlə bağlı razılığa gəldik. Ümid edirəm ki, bir həftəyə hər şey həll olacaq".

Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi. Futbolçunun adı yenidən "Qarabağ"la hallanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail