Emin Mahmudov: "Biz qalib gəlsək, bizə, uduzsaq, "Qarabağ”a medal verməyəcəklər" - MÜSAHİBƏ

17.01.2019 | 5196 dəfə oxunub

"Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, əməliyyat olunandan bir müddət sonra fərdi məşqlərə başlayan yarımmüdafiəçi təlim-məşq toplanışını dəyərləndirib.

- Zədənizlə bağlı vəziyyət nə yerdədir? Bərpa prosesi necə gedir?

- Zədəm əvvəldən vardı, köhnə zədə idi. Çempionatda fasilə yaranmasını gözləyirdim ki, əməliyyat olunum. İki ay zədəli halda oynadım. Çünki komandaya kömək etmək lazım idi. Ağrılara dözürdüm. Amma son oyunda hiss etdim ki, artıq dərmanlar da ağrılara dözməyimə kömək eləmir. Ona görə də qərara gəldim ki, əməliyyat olunum.

- Artıq bərpa olunursuz, fərdi məşqlər edirsiniz. Hiss edirsiz ki, əvvəlki gücünüz qayıdır?

- Bəli, qaçıram, fiziki təmrinləri yerinə yetirirəm. Bəzən topla da çalışıram, amma əsas gücümü fiziki formamı qaytarmağa sərf edirəm. Ümid edirəm ki, gələn həftə komanda halında məşqlərə qoşula biləcəm.

- Təlim-məşq toplanışındakı yoxlama oyunlarında meydana çıxa biləcəksiniz?

- Bunu indi deyə bilmərəm. Amma ümid edirəm ki, tam hazır olub oynaya biləcəm.

- Azərbaycan Kubokunda mübarizəni dayandırmağınız həm sizin, həm də azarkeşlər üçün acınacaqlı oldu. Bu məğlubiyyəti necə izah edə bilərsiniz, komanda pis oynamağa başlayıb, yoxsa bu, xüsusi bir hal idi?

- Kubok həmişə xüsusi haldır. Çünki çempionatla kuboku müqayisə etmək olmaz. Kubok oyunlarında hər şey fərqli olur. Məsələn, evdə oyunumuz alınmadı, qapımızdan iki top buraxandan sonra cavab qollarını vura, fürsətlərdən istifadə edə bilmədik. Artıq səfərdə 1:0 hesabı ilə qalib gəlsək də, bu, mərhələni keçməyimiz üçün kifayət etmədi. Kubok qazanmaq şansını itirmək çox pisdir, amma heç birimiz belə olmasını istəməzdik. Həm çempionatda, həm də kubok yarışında birinci olmaq uğrunda mübarizə aparırdıq. Təəssüf ki, alınmadı. Hər halda, bu məğlubiyyətdən dərs çıxarmalıyıq.

- Antalya toplanışı yenicə başlayıb. Toplanışın ilk mərhələsi isə Bakıda keçirilib. Hazırlıq necə gedir? Sizcə, komandanız qış fasiləsindən sonrakı "Qarabağ”la ilk çempionat matçına tam hazır olacaq?

- Təbii, çalışacağıq, tam hazır olaq. Yaxşı rəqiblərlə yoxlama oyunlarımız var. Gücümüzü sınayacağıq. Çempionatın ikinci hissəsi hələ qarşıdadır. Arxayınlaşmaq olmaz. "Qarabağ” da buna imkan verməyəcək. Bütün oyunlarda maksimum xal toplamağa çalışacağıq.

- "Qarabağ”la matçı "6 xallıq oyun” adlandırmaq olar?

- Biz qalib gəlsək, bizə, uduzsaq, "Qarabağ”a medal verməyəcəklər. Həmin oyunun nəticəsindən asılı olmayaraq mübarizə davam edəcək. Sonadək vuruşmaq lazımdır. Çünki bir oyun heç nəyi həll eləmir. Çempionluğun taleyinə sonda aydınlıq gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail