Yeni transferi aparan təyyarə yoxa çıxdı

22.01.2019 | 4871 dəfə oxunub

İngiltərənin "Kardif" klubunun Fransa "Nant"ından transfer etdiyi Emiliano Salanın mindiyi təyyarə yoxa çıxıb.

Stadium.az "L'equipe" nəşrinə istinadən xəbər verir ki, komanda yoldaşları ilə vidalaşan argentinalı hücumçu Kardiffə getmək üçün təyyarəyə minib. Onun da içində olduğu təyyarə La Manş boğazı üzərində yoxa çıxıb. Salanın da içində olduğu "The Piper Malibu" adlı özəl təyyarə ilə 20 saat əvvəl əlaqə itib. Fransa polisi futbolçunun təyyarəyə mindiyini təsdiqləyib. Axtarışlara Manş və Alderney adalarında başlanılıb. Axtarış üçün 2 helikopter və gəmilər göndərilsə də, iz tapılmayıb. "Kardiff Siti"nin prezidenti Mehmet Dalman bildirib ki, təyyarə ilə La Manş boğazında əlaqə kəsilib.

"Kardiff" Emiliano Salanı "Nant"dan 22,5 milyon avroya transfer edib. 28 yaşlı hücumçu yeni klubu ilə 3.5 illik müqavilə imzalamaq üçün yola çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail