"Qarabağ"da çox şey öyrənirəm" - Yakub Yezniçak

04.02.2019 | 363 dəfə oxunub

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

32 yaşlı müdafiəçi əvvəlcə komandasının Antalya toplanışı haqda danışıb: “Hazırlıq ürəyimcə oldu. Bütün yüksək liqa klubları Antalyada hazırlaşır. Yaxın otellərdə qalırdıq. Ona gödə də sabiq komanda yoldaşlarımızla görüşmək imkanımız olurdu. “Qarabağ”da məndən başqa polşalı futbolçu yoxdu. Toplanış müddətində isə həmvətənlərimi görürəm. Polşadakı ilə müqayisə etsəm, burada məşqlər daha asandı. Biz Polşada olduğu kimi çox qaçmırıq. Daha çox topla davranışa üstünlük veririk. Burda məşqlər daha maraqlıdır. “Qarabağ”da çox şey öyrənirəm”.

Kuba çempionluq titulunu qorumaq istədiklərini söyləyib: “Əlbəttə, biz çempionluq titulunu qorumağa çalışırıq. Amma həm də kubokun yarımfinalındayıq. Mövsümün ilk yarısı bizim üçün ağır keçdi. Avropa Liqasının qrup mərhələsində də oynayırdıq. Bizdə çətinliklər çox oldu. Heyətdə xeyli dəyişiklik etməyə məcbur olurduq. Hər üç gündən bir meydana çıxırdıq. İndi məşqçilərimiz daha rahat seçim edə biləcək. Çünki oyun qrafiki sıx olmayacaq. Biz mövsümün ikinci yarısına tam hazırıq”.

Təcrübəli müdafiəçi komandanln avrokuboklardakı çıxışını dəyərləndirib: “Çempionlar Liqasında yolumuz çətin oldu. BATE ilə görüşdə minimal fərqlə uduzduq. Bəxtimiz gətirsəydi, BATE-ni keçərdik və növbəti mərhələdə PSV ilə qarşılaşardıq. Bu komanda isə bizə uyğun rəqib idi. Avropa Liqasının qrupunda isə güclü rəqiblərlə qarşılaşdıq. Buna sevinmək lazımdı. “Arsenal” və “Sportinq” kimi komandalar adətən Çempionlar Liqasında mübarizə aparır”.

Jezniçak bir vaxtlar Polşada çıxış etmiş komanda yoldaşları ilə yaxşı münasibətinin olduğunu, ölkəsinə qayıtmaq barədə isə düşünmədiyini deyib: “Dani Kintana, Donald Gerye və Simeon Slavçev Polşada oynayıb. Onlarla tez-tez söhbət edirəm. Biz sabiq komandalarımızın çıxışını izləyirik. Onlar bir-biri ilə qarşılaşanda bunu müzakirə edirik. Mən “Qarabağ”a gələndə Kintanadan komanda haqda soruşmuşdum. Slavçev isə mənə zəng etmişdi. Açığı, Polşa üçün heç darıxmıram. Ancaq ailəm üçün darıxıram. Mən burda əla futbol mühiti tapmışam. “Qarabağ”da hər şey yaxşıdı. Burda təzyiq “Legiya” ilə müqayisədə xeyli aşağıdır. Tez özündən çıxan fanatlar yoxdu”.


Yakub gələcək karyerası haqda bunları deyib: “6 aylıq müqaviləm var. Necə olacağını bilmirəm. Eşitdiyimə görə, klubda təcrübəli futbolçulara ən sonda təkliflər olunur. Mənə yeni təklif olunsa, bu barədə düşünərəm. Həyat məni məcbur etməsə, Polşada bir daha oynamaram. Başqa istiqamət axtarmaq istərdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

14:36  19-cu turun oyun cədvəli - Azərbaycan Premyer Liqası

14:13  Turun rəmzi komandası - Premyer Liqamız

01:54  PSJ - "Montpelie" 5:1 VİDEO

20.02.2019

23:23  "Şalke" - "Mançester Siti" - HEYƏTLƏR

23:20  "Atletiko" - "Yuventus" - HEYƏTLƏR

19.02.2019

16:11  "Roma" -"Boloniya" 2:1 VİDEO

15:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

18.02.2019

01:00  "Bayer" - "Fortuna" - 2:0 VİDEO

17.02.2019

17:25  "Real" - "Jirona" 1:2 VİDEO

17:02  "Qarabağ" - "Qəbələ" - START HEYƏTLƏR

14:14  "Səbail" - "Sabah" -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi