Emin Mahmudov: "Qapıya zərbə endirmək lazım idi ki, bunu da elədim" - MÜSAHİBƏ

05.02.2019 | 5639 dəfə oxunub

"Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ”la oyundan (1:1) sonra klubun rəsmi saytına müsahibə verib:

- Təlim-məşq toplanışından sonra "Qarabağ”la oyunda komanda üzvləri özlərini necə hiss edirdi?

- Özümüzü yaxşı hiss edirdik. Ciddi hazırlıq keçmişdik. Fiziki baxımdan da yaxşı idik. Sanki toplanışdan sonrakı ilk matçımız deyildi.

- Mövsümün ikinci hissəsini "Qarabağ”a qarşı oyunla başlamaq nə qədər çətin idi?

- Toplanışdan sonra bütün rəqiblərlə görüşlər çətin keçir. Fərqi yoxdur, "Qarabağ” olsun, ya başqası. Digər oyunlarda da qalib gəlməliyik. Büdrəməyə haqqımız yoxdur. Çünki "Qarabağ”ın büdrəyəcəyinə inanmıram.

- Erkən qol buraxmağımız nə ilə bağlı idi?

- Oyuna pis başladıq. Deyərdim ki, o qədər də aqressiv başlamadıq. Bununla belə, erkən qola yaxşı reaksiya verdik. Əlimizi yanımıza salmadıq. Məncə, ilk dəqiqələrdə çox arxaya çəkilmişdik. Yaxşı ki, sonra vəziyyəti düzəldə bildik. Artıq ikinci hissədə rəqibi qapısına sıxışdırmışdıq. Azlıqda qalandan sonra isə geri çəkilməyə məcbur olduq.

- Qol vurmaq üçün sizin də gözəl imkanınız oldu...

- Bəli, Platellas məni çox yaxşı gördü. Fikrimcə, hər şeyi düz elədim. Düşünmək üçün vaxt yox idi. Sadəcə, qapıya zərbə endirmək lazım idi ki, bunu da elədim. Bir az dəqiqlik çatmadı. Əminəm ki, top çərçivəyə getsəydi, qol olacaqdı.

- Psixoloji üstünlüyün "Neftçi”nin tərəfində olduğunu demək olar?

- "Qarabağ” indi qəzəblidir. Buna görə də heç bir üstünlükdən söhbət gedə bilməz. Əgər öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. Bizim əsas üstünlüyümüz oyun ərzində hiss olunurdu. Bu, azarkeşlərimiz idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail