Cavid İmamverdiyev: "Hədəfimiz Premyer Liqada qalmaqdır" - MÜSAHİBƏ

09.02.2019 | 4872 dəfə oxunub

"Sabah”ın kapitanı Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

-“Qəbələ” ilə oyunlarımız hər zaman ağır keçib. Bugünkü qarşılaşma da bunu təsdiqlədi. Heyif ki, Marko qırmızı vərəqə aldı. Ondan sonra bizə daha çətin oldu. Hesabda geri düşdükdən sonra toparlana bilərdik. Əsl heç-heçəlik oyun idi. Elə görünürdü. Deviçin qovulmasından sonra qol vurmaq çətin idi. Yeganə hücumçumuzu itirdik. “Qəbələ”ni təbrik edirəm. Qarşıda “Səbail”lə oyunumuz var. Çalışacağıq ki, bu məğlubiyyəti unutduraq.

- Deviçin qırmızı vərəqə gördüyü epizodla bağlı nə deyə bilərsən?

- Hakim qərar veribsə, demək ki, elədir. Əlbəttə, o cür epizodlarda həm oyunçu, həm kapitan olaraq öz etirazını bildirməlisən.

- Ancaq epizodun təkrarına baxanda, həqiqətən simulyasiya olduğu görünürdü.

- Bəli. Amma lap təkrarı əvvəlcədən görsən belə, etiraz etməyə məcbursan ki, “qırmızı” verməsin.

- Demək olarmı ki, sizi Deviç uduzdurdu?

- Yox, deməzdim. Onun yerində hamı ola bilərdi. Marko o qədər oyunda bizə qələbə qazandırıb ki. Düşünmürəm ki, buna görə Deviçi qınamaq lazımdır. O da istəyirdi ki, penalti qazanaq. Heyif ki, belə alındı.

- Bu məğlubiyyətdən sonra turnir cədvəlində 5-ci pilləyə düşdünüz...

- Bu, bizi heç qorxutmur. Çünki hədəfimiz Premyer Liqada qalmaqdır. İnanıram ki, xallar qazanıb, bunun öhdəsindən rahatlıqla gələcəyik.

- İki oyundur futbolçularınız qırmızı vərəqə alır. Komanda intizamlıq var?

- Bunu onunla bağlamaq istəmirəm. Gördüyünüz kimi, hər iki qırmızı vərəqə oyun epizodunda olub. Futbolçularımız kimisə qəsdən vurmayıb ki. Həm də Elşad müəllim elə bir nizam-intizam yaradıb ki, hansısa bir futbolçunun buna əməl etməməsinə inanmıram.

- Birinci hissədə qırmızı vərəqə alırsınız, planlar pozulur. Meydanda 70 dəqiqə azlıqda qalmaq əlavə güc sərfi deməkdir.

- Mən yenə deyirəm, bunu intizamsızlıqla əlaqələndirmək istəmirəm. Futbolda hər şey ola bilər. Deviç penalti almaq istədi, alınmadı.

- Hakim öz qərarları ilə oyuna təsir göstərdimi?

- Hakim haqqında danışmağı sevmirəm. Ona görə də heç nə demək istəmirəm. Hakimlərin öz rəhbərliyi var. Lazımı qərarı onlar verəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail