Ayxan Abbasov: "Bu, zəif nöqtələrimizdən biridir" - MÜSAHİBƏ

09.02.2019 | 923 dəfə oxunub

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin görüş oldu. “Qarabağ” çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. İlk 15-20 dəqiqə tam oyuna qoşula bilmədik. İlk hissədə üstünlük rəqibdə idi. İkinci hissə “Sumqayıt”a layiq oyun oynadıq, buna görə futbolçulara təşəkkür etdim. İnanıram ki, bu durumdan çıxa biləcəyik.

-Start heyətdə gənclərə üstünlük verməyiniz nə ilə əlaqədar idi?

– Həftəiçi problemlərimiz oldu. Atilla Yıldırım xəstələnmişdi, Rail Məlikov da tam sağalmamışdı. Əfran İsmayılov iki məşqi buraxmışdı, kiçik problemləri var idi. Əlimizdə olan futbolçulardan istifadə etdik. Yoldaşlıq görüşündə də özlərini pis göstərmədilər.

– Peyman Babayidən gözlədiyinizi ala bilirsinizmi?

– Bizim çempionat çətindir, hər hücumçu gəlib uğurla çıxış edə bilmir. Peymanda potensial var. Onun əvəzlənməsinin səbəbi zədədir, əzələsi dartılmışdı. Tam üstünə gedə bilmərik, çalışacağıq, hər şey yaxşı olacaq.

– Son iki oyun uduzmaq futbolçulara necə təsir edib?

– Uduzmaq əlbəttə ki, pis təsir edir. Futbolda qalibiyyət də olur. Yaxşı komanda məğlub olanda bilinir. Bu nəticədən dərs çıxarmalıyıq. Qarşıda vacib oyunlar var, xal itirsək, çox çətin olacaq.

– İki fərqli “Sumqayıt” izlədik. Həqiqətənmi sizə Əfran İsmayılovsuz çətindir?

– Bu gün “Sumqayıt”da ən yaxşı futbolçulardan biri Əfrandır. Hücumçularımızın çox hissəsi onun üzərindən qurulur. İkinci hissə futbolçular bir az rahat oldu. Oynamağa davam edirdik, ancaq hücumda kəsərli deyildik. Əfranın bizdə olması böyük üstünlükdür.

– Uzaqdan zərbələri az yoxlamağınızın səbəbi nədir?

– Səbəb odur ki, vurmaq istəmirlər (gülür). Bu, zəif nöqtələrimizdən biridir. Rəqib imkan yaratmadı, ancaq epizodlar var idi, sadəcə yoxlamadıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.04.2019

00:38  "Real" - "Atletik" - 3:0 VİDEO

21.04.2019

20.04.2019

19.04.2019

18:02  "Sabah" "Neftçi" -HEYƏTLƏR

15:31  "Qəbələ" - "Zirə" -HEYƏTLƏR

18.04.2019

18:11  "Qarabağ" - "Keşlə" - HEYƏTLƏR

15:50  "Sumqayıt" - "Səbail" - HEYƏTLƏR

17.04.2019

16.04.2019

20:33  İK-a çərimələri açıqladı - Monroz cəzasız qaldı

20:19  Turun rəmzi komandası - Foto

15.04.2019

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi