Reynaldo: "Əvvəl iddialı komandalar çox idi" - MÜSAHİBƏ

10.02.2019 | 5385 dəfə oxunub

"Qarabağ”ın hücumçusu Reynaldo Silva Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Təbii ki, ancaq sevinc hissləri keçirirəm. Azərbaycana dönməyi çoxdan gözləyirdim. Bilirsiniz ki, bu ölkəni, “Qarabağ”ı çox sevirəm. Yenidən burda olduğum üçün özümü xoşbəxt sayıram. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Bu, hələ yolun başlanğıcıdır. Bilirəm ki, əvvəlki formamı bərpa etmək üçün çox işləməliyəm.

- “Qarabağ”a ilk dəfə gələndə daha həyəcanlı idiniz, yoxsa indi?

- İndi daha çox həyəcan var idi. Çünki həmin vaxt daha gənc idim və üzərimdə bu dərəcədə məsuliyyət yox idi. Bu gün meydana çıxanda “Qarabağ”da keçirdiyim illər gözümün qarşısına gəldi. Ona görə indiki vəziyyət mənim üçün daha həyəcanlı oldu.

- Əvvəlki Reynaldonu görmək mümkün olacaq, yoxsa artıq keçən keçib?

- Yox, heç nə keçməyib. Mən hələ gəncəm. İndiki oyunuma görə fikir yürütmək olmaz. Çünki cəmi 3 gündür komanda ilə məşqlərə başlamışam. Zaman keçdikcə daha yaxşı Reynaldo görəcəksiniz.

- Demək olarmı ki, özünüzü Qurban Qurbanova sübut edib, “Qarabağ”da qalmaq üçün cəmi 4 ayınız var?

- Kiməsə nəsə sübut etməyə ehtiyac yoxdur. Artıq hər kəs mənim necə oynadığımı, nəyə qadir olduğumu bilir. Bir neçə fərqli çempionatda oynamışam. Əsas uyğunlaşma mərhələsini qeyd edərdim. Bilmirəm, burada 4 ay, yoxsa daha çox qalacağam. Karyeramın sonuna kimi “Qarabağ”da oynamaq mənim üçün çox xoş olardı. İstənilən halda, nə olacağından asılı olmayaraq, klubdakı hər kəsə minnətdaram.

- Əvvəl oynadığınız Azərbaycan çempionatı ilə indiki arasında nə kimi fərq var?

- Komandaların oyun tərzində dəyişiklik olub. Əvvəl iddialı komandalar çox idi. “Bakı”, “Qəbələ” kimi komandalar sona qədər mübarizə aparırdılar. İndiki komandalar daha çox müdafiədə oturur, gözləyirlər. Oyun planında dəyişiklik hiss olunur.

- “Neftçi” ilə çempionluq yarışında şansları necə dəyərləndirirsiniz?

- Çempionluq məsələsində bir az səbrli olmalı, oyundan-oyuna düşünməliyik. Ancaq bu halda məqsədimizə nail ola bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail