Tərlan Əhmədov: "Futbolçularım həmin qorxu ilə oynayırlar"

10.02.2019 | 468 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən “Neftçi” – “Keşlə” (2:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

- Maraqlı oyun gördük. Oyuna əks-hücum taktikası ilə başlamışdıq, sonradan oyun bərabərləşdi. Uşaq səhvlərindən qollar buraxırıq. Futbolçuların zəhmətinə heyfim gəlir. Qalib də gələ bilərdik, ancaq şanslardan istifadə edə bilmədik. Bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Deyilənə görə, birinci hissədə də Klennona qarşı kobudluq edilmişdi. Hər halda bugünkü matç göstərdi ki, komandanın potensialı var. Qarşıdakı turlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm.

- Komandanın heyətində dəyişiklik çox olur. Gediş-gəliş bitib, yoxsa...

- Nə gələn olacaq, nə də gedən. Bundan sonra kimisə gətirməyə lüzum görmürük. Komandanın oyun baxımından geri qalmadığı matçda məğlub olduq. Bəlkə də, futbolçuların özünə inamının olmaması amilini aradan qaldıra bilmirik. Gələndən bunun üzərində işləyirik. Təlim-məşq toplanışında da bunu görmüşdük. Keçən matç ümumiyyətlə komandanı tanıya bilmədim. Heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün məcburiyyətdən belə çıxış etməli olduq. Çünki “Neftçi”nin hücum xətti çox güclüdü.

- Komandanın istədiyiniz oyunu göstərməsi üçün nə qədər vaxta ehtiyacınız var?

- Artıq vaxtımız yoxdu. Mayın sonuna qədər nə qədər zamanımız varsa, ondan istifadə etməyə çalışacağıq.

- Klubda maliyyə problemləri olduğu deyilir...

- Bütün ödənişlər edilib. Hər yerdə gecikmələr olur. Mətbuat da yazmaq üçündü.

- Start heyətdə 5 legioner var idi. Deyirsiz ki, futbolçularda özünəinam yoxdu. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdı. Onları bura kim gətirməyin məsuliyyəti kimdədi?

- 4 futbolçu transfer etmişik. 3-ü legionerdi, biri isə Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldə məğlubiyyətlər olub deyə, o psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. İstər-istəməz keçmiş futbolçuların psixologiyası yeni gələnlərə də təsir edir. Oyunçuları bura kimin gətirməyinin fərqi yoxdu. Bütün məşqçilər korpusu bəyənib yeni gələnləri.

- Bir komandanın yaxşı çıxış etməsi üçün 3 amil lazımdı: hazırlıq, maliyyə və psixoloji. Əsas problem nədi?

- Dedik ki, maliyyə barədə problem yoxdu.hazırlıq da normaldı. Sadəcə, psixoloji cəhətdən çətnlik var. Məğlubiyyətə öyrəşən komandanı vəziyyətdən birdən-birə çıxarmaq olmur. Çünki futbolçular həmin qorxu ilə oynayırlar.

- Kubok qazanmış komandada niyə belə ardıcıl məğlubiyyətlər oldu?

- O komandadan neçə futbolçu qalıb? Yayda xeyli oyunçu komandanı tərk edib. Bəlkə də, onlar qalsaydı, tamamilə fərqli ab-hava olardı. Həmişə eyni nəticəni qazanmaq olmur. Komanda kubokdan sonra avrokubokda ilk mərhələdə dayandı, bu da təsirsiz ötüşmədi.

- Əgər mövsümün sonuna qədər komandanın nəticələri yaxşılaşmasa, sizin şəxsi qərarınız nə olacaq?

- Məni bura gətirən klub rəhbərliyi var. Qərar onların olacaq. Qarşıdakı oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Ümid sonda ölür. Çalışacağıq ki, komandanı qara zolaqdan çıxaraq.

- Emin Mehtiyevlə bağlı yaranan vəziyyətdə məsuliyyət kimdədi?

- Mən baş məşqçi olaraq sənədləşmə işləri ilə maraqlanmıram. Belə problemlər həmişə yaşana bilir. Kimisə günühlandırmaq mənasızdı. Emin yaxşı formadadı, amma belə problem yaşadıq. Artıq bu, bizim üçün keçmişdə qalıb.

- Zaur Axundov deyib ki, əgər PFL icazə versə, texniki zonada əyləşəcək. Bu baş versə, sizə əlavə təzyiq yaratmayacaq ki?

- Mənim üçün heç bir gərginlik yoxdu. Klubun prezidentidi. Bu gün də görürsüz ki, gərginlik yoxdu. Mən heç vaxt təzyiq altına düşmürəm. PFL icazə verəcəksə, demək, oturmalıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.04.2019

00:38  "Real" - "Atletik" - 3:0 VİDEO

21.04.2019

20.04.2019

19.04.2019

18:02  "Sabah" "Neftçi" -HEYƏTLƏR

15:31  "Qəbələ" - "Zirə" -HEYƏTLƏR

18.04.2019

18:11  "Qarabağ" - "Keşlə" - HEYƏTLƏR

15:50  "Sumqayıt" - "Səbail" - HEYƏTLƏR

17.04.2019

16.04.2019

20:33  İK-a çərimələri açıqladı - Monroz cəzasız qaldı

20:19  Turun rəmzi komandası - Foto

15.04.2019

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi