Samir Abasov: "...gənc futbolçumuz təşvişə düşmüşdü"

11.02.2019 | 5774 dəfə oxunub

"Bu cür oyundan sonra şərh vermək çox çətindir. Görüşdən əvvəl də çətinliklərlə üzləşdik". Stadium.Az xəbər verir ki, bu sözləri  "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqanın 16-cı turunda "Səbail"ə qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

Rəqibdən üstün olmadıqlarını etiraf edən çalışdırıcı komandasındakı problemlərdən danışıb: "Bəzi yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən. İlk hissədə hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan istifadə etməyə başladı. Yararlana bilsəydilər, bəlkə də, “Səbail” böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördünüz ki, gənc futbolçumuz təşvişə düşmüşdü. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər. Rotasiyalara görə yalnız bir hissə yaxşı oynayırıq. Hətta köməkçilərdən birini tribunaya göndərdik ki, meydanı daha yaxşı görsün".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail