İqor Mitreski: "Neftçi"də ən parlaq oyunum APOEL-lə səfər matçı olub" - MÜSAHİBƏ

19.02.2019 | 6301 dəfə oxunub

Bu gün "Neftçi"nin veteran futbolçusu İqor Mitreskinin 40 yaşı tamam olur. 1979-cu ildə dünyaya gəlmiş müdafiəçi 2010-2014-cü illər ərzində "ağ-qaralar"ın formasını geyinib. Azərbaycan çempionatının (2011, 2012, 2013) və kubokunun (2013, 2014) qalibi olan Mitreski Makedoniya milli komandasının heyətində 69 oyunda 1 qola imza atıb.

"Neftçi"nin mətbuat xidməti yubiley münasibətilə veteran futbolçudan müsahibə götürüb.

- Doğum gününüz mübarək, İqor!

- Çox sağ olun, təşəkkür edirəm! Məni yada saldığınız üçün sizə minnətdaram!

- Yubileyinizi necə qeyd edirsiniz?

- Hazırda Berlindəyəm. Doğum günümü ailəm, dostum Roman Pavlyuçenko və onun ailəsi ilə birlikdə qeyd edəcəyəm. 40 illik yubileyimi doğma şəhərim Berlində, yaxın dostlarımın, ailəmin əhatəsində keçirmək qərarına gəlmişəm. Berlində futbol oynamışam, burada evim var. Əvvəllər doğum günümü Makedoniyada, Bakıda, Moskvada da qeyd etmişəm, amma 40 yaşımı Berlində keçirmək istədim.

- Siz təkcə Makedoniya futbolunda yox, "Neftçi”nin tarixində də parlaq iz buraxmısınız. Artıq bir neçə ildir "Neftçi”ni tərk etmisiniz. Azərbaycan futbolunun flaqmanı ilə bağlı hansı xatirələriniz var?

- Digər keçmiş komandalarım kimi "Neftçi” də mənim üçün böyük tarixdir. Dahi məşqçilərdən biri mənə deyib ki, həmişə iki klubu daha çox xatırlayırsan – karyerana başladığını və karyeranı bitirdiyini. Beynəlxalq karyerama "Spartak”da başlamışam, "Neftçi”də bitirmişəm. Almaniyada, Ukraynada, İsraildə, Makedoniyada oynamışam, milli komandanın kapitanı olmuşam, amma "Neftçi”nin yeri başqadır. Çünki karyeramı burada – 3 dəfə çempionatın, 2 dəfə isə kubokun qalibi olduğum komandada başa vurmuşam. "Neftçi” mənim üçün təkcə tarix deyil, doğma klubdur. Bakı isə doğma şəhərdir. Həm "Neftçi”, həm də Bakı mənim qəlbimdədir. İndiyədək "Neftçi”yə azarkeşlik edirəm.

- "Neftçi”nin heyətində parlaq oyunlar keçirmisiniz. Bunların arasında ən unudulmazı hansıdır?

- APOEL-lə səfər matçı. "Neftçi” həmin oyunda qalib gələrək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün tarix yazmışdı.

- "Neftçi”dəki keçmiş komanda yoldaşlarından kimlərləsə əlaqə saxlayırsınız?

- Açığı, sosial şəbəkələrdən çox istifadə etmirəm. Amma bəzi futbolçularla telefonla danışıram. Məşqçilərdən rəhmətlik Böyükağa Hacıyevlə yaxşı münasibətimiz olub. Arif Əsədov və Elşad Əhmədovla da əlaqə saxlayırıq.

- Hazırda "Neftçi” ilə "Qarabağ” arasında çempionluq uğrunda gərgin mübarizə gedir. Keçmiş komandanızın oyununu izləyirsiniz?

- Daha çox internet vasitəsilə "Neftçi”nin oyunlarından xəbər tuturam. Bilirəm ki, hazırda çempionatın lideridir və "Qarabağ”la 1 xallıq fərq var. Hesab edirəm ki, çempionluq haqda danışmaq üçün tezdir. Amma çempion bu iki komandadan biri olacaq. "Neftçi"nin futbolçuları hər oyuna qələbə üçün çıxmalıdılar. Futbolda asan heç nə olmur. Çempionluq bu iki komanda arasındakı mübarizədə həllini tapacaq.

Image result for iqor mitreski



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail