Simeone: "Həmişə olduğu kimi vuruşacağıq"

20.02.2019 | 4629 dəfə oxunub

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"la keçirəcəkləri ev oyunu haqda fikirlərini açıqlayıb.

Stadium.Az xəbər evrir ki, argentinalı mütəxəssis matçöncəsi mətbuat konfransında hər iki komandanın şanslarının bərabər olduğunu söyləyib:

"Həmişə olduğu kimi vuruşacağıq. Bundan əvvəlki görüşlərdə olduğu kimi, eyni oyun üslubu ilə meydana çıxacağıq. "Yuventus" kimi rəqiblə oynamaq arzusundayam. "Atletiko" Çempionlar Liqasının əsas simalarından biridir. Bu, bizim üçün əla motivasiyadır. Heç bir komandanın aşkar üstünlüyü yoxdur. Oyuna bərabər şərtlərdə başlayacağıq".

Simeone sabahkı qarşılaşmanın erkən final adlandırılmasına da münasibət bildirib: "Erkən final? Yox-yox, bu, 1/8 finaldır. "Yuventus" dahi baş məşqçisi olan güclü rəqibdir. Bütün mümkün silahlarımızdan istifadə edəcəyik. Turin təmsilçisinin güclü tərəfi klubun özüdür. Son illərdə "Atletiko" da xeyli inkişaf edib".

Baş məşqçi Kriştiano Ronaldonun yayda "Real"ı "Yuventus"a dəyişməsi məsələsinə də toxunub: "Ronaldo əla seçim etdi. O, idman və peşəkarlıq baxımından əhəmiyyətli bir çağırışa razılıq verdi".

Fevralın 20-dən 21-nə keçən gecə keçiriləcək "Atletiko" - "Yuventus" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail