Reynaldo: "Rəşaddan xahiş etdim ki, ..."

24.02.2019 | 6098 dəfə oxunub

"Qarabağ"ın hücumçusu Reynaldo Silva Azərbaycan Premyer Liqanın 18-ci turunda səfərdə "Sabah"la heç-heçə etdikləri oyundan (1-1) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Ümumi götürəndə çox maraqlı oyun oldu. İlk növbədə komanda yoldaşlarımı təbrik edirəm. Xüsusilə, birinci hissədə yaxşı oynadıq. Bəzi qol vəziyyətlərimiz oldu. Oyunun taleyini həll etmək öz əlimizdə idi. Təəssüf ki, alınmadı. Xal itkisinə baxmayaraq, yaxşı mübarizə apardıq. Rəqib komandanı da təbrik etmək istəyirəm. Onlar da yaxşı oynadılar. Düşünürəm ki, doğru yoldayıq. Qarşıdakı matçlarda daha yaxşı nəticələr olacaq.

- Uzun müddətdən sonra "Qarabağ" formasıyla qol vurdun. Təəssüratlarını bilmək maraqlı olardı...

- Təbii ki, sevincliyəm. Yenidən "Qarabağ"ın heyətində qol vurdum. Təəssüf ki, bu qol komandaya 3 xal gətirmədi. Həmin anda Rəşad da yanımdaydı. Ondan cərimə zərbəsini vurmağı xahiş etdim. Bildirdi ki, vura bilərsən. Çox sevinirəm.

- İkinci hissənin əvvəlində əvəzləndin. Bu, nə ilə bağlı idi?

- Əvvəlki oyunlarda uyğunlaşmaq bir az çətin idi. Start heyətində meydana çıxdığım üçün əvəzlənməyim normaldır. Bu gün 60-70 dəqiqə oynadım. Öz üzərimdə işləməyə davam edirəm. Ümid üdirəm ki, baş məşqçi gələn oyunlarda məni daha çox oynadacaq.

- 2.5 ildən sonra Azərbaycana qayıtdın. Çempionatın səviyyəsini necə görürsən?

- Komandalar bir az taktiki cəhətdən artırıblar. Daha qapalı futbol nümayiş etdirirlər. Qol vurmaq daha çətindir. Deməzdim, komandalar zəifdir. Artıq qapalı müdafəni yarmağın yolunu axtarmalıyıq. Çıxış yolu tapmalıyıq ki, daha asan olsun.

- Yəqin ki, sabah "Neftçi"nin xal itirməsini gözləyəcəksiniz...

- Təbii ki, onların xal itirməyini istərdik. Amma bu, bizim üçün o qədər də önəmli deyil. Öz işimizə köklənməli, öz oyunumuz hqqda düşünməliyik. Əsas olan budur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail