Şenol Günəş: "Onsuz da komandanı Quti çalışdırır"

08.03.2019 | 522 dəfə oxunub

"Vəzifə müddətim başa çatana qədər klub prezidenti və rəhbərliyə hörmətsizliyim olmayacaq. Klubdan ayrılacağım son gündə belə, ilk gündə olduğu kimi sevgi ilə çalışacağam. Buna kiminsə şübhəsi olmasın".

Stadium.Az xəbər verir ki, bu sözləri Türkiyə millisinə baş məşqçi təyin olunan "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəş deyib.

66 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında İstanbul klubundan vaxtından əvvəl ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib və bildirib ki, mövsümün sonuna qədər komandada qalacaq:

"Son dörd ilə nəzər salsaq, ən yaxşı "Beşiktaş"lı mənəm. Bu dəqiqə vəzifəmdən ayrılsam, rəhbərliyin qarşısında seçim var. 

Mövsümün sonuna qədər komandanı Qutinin çalışdırcağını deyirlər. Onsuz da çalışdırır, biz birlikdə işləyirik. "Beşiktaş"a olan bu sevgi ürəyimdə eyni istiliklə qalacaq". 

Günəş Türkiyə millisi ilə 4 illik müqavilə imzalayıb. O, artıq yığmadakı işinə başlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.03.2019

01:46  Belçika - Rusiya - 2:1 VİDEO

21.03.2019

22:32  Xorvatiya - Azərbaycan - START HEYƏTLƏR

16:08  Almaniya - Serbiya 1:1 VİDEO

20.03.2019

19.03.2019

18.03.2019

11:53  PSJ - "Marsell" - 3:1 VİDEO

01:31  "Milan" - "İnter" 2:3 VİDEO

17.03.2019

23:56  "Latsio" - "Parma" 4:1 VİDEO

23:52  "Napoli" - "Udineze" 4:2 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi