Ramos: "Son vaxtlar baş verənlər fəlakətdir"

11.03.2019 | 4433 dəfə oxunub

"Real"ın kapitanı Serxio Ramos klubun bu mövsüm uğursuz çıxışına münasibət bildirib. Stadium.Az xəbər verir ki, müdafiəçi bütün komandanın məsuliyyət daşıdığını deyib:

“Son vaxtlar baş verənlər fəlakətdir. Bunu heç kim inkar etmir. Mövsüm bizim üçün ağır oldu. Buna görə bütün komanda məsuliyyət daşıyır. Kapitan kimi mənim məsuliyyətim daha böyükdür.

"Real"ın ətrafında baş verənlərə səmimi cavab verməyə hazıram. Amsterdamda qəsdən sarı kart aldım. Bu, mənim səhvim idi. "Ayaks"la matç zamanı sənədli film çəkilişində iştirakım üzərimə götürdüyüm öhdəlik idi.

Bu filmə görə birinci oyunda sarı kart aldığımı düşünənlər səhv edir. Oyunun bu cür bitəcəyini ağlıma gətirməzdim. Klubun prezidenti ilə konfiliktim olub. Lakin bu məsələ soyunub-geyinmə otağında həll edilib. İndi heç bir problem yoxdur. Mənim üçün vacib olan "Real"dır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail