Ramil Şeydayev: "Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram"

15.03.2019 | 6266 dəfə oxunub

Bu gün "Krılya Sovetov" klubunun hücumçusu Ramil Şeydayevin doğum günüdür. Stadium.Az xəbər verir ki, azərbaycanlı futbolçunun 23 yaşı tamam olur.

Bu münasibətlə Samara təmsilçisinin rəsmi "Yutub" kanalı azərbaycanlı futbolçuya bir neçə sual ünvanlayıb. Müsahibənin maraqlı hissələrini təqdim edirik:

- Sonuncu dəfə kimə zəng vurmusunuz?

- Valideynlərimə, daha dəqiq desəm, atama. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdə, baxçadakı vəziyyətləri ilə maraqlanıram.

- "Votsap"da son mesajınız hansı olub?

- "Votsap"da son olaraq, dostlarımla "Yuventus" - "Atletiko" oyununu müzakirə etmişik. Ronaldo sadəcə möhtəşəmdir, qol maşınıdır.

- Hansı musiqiləri bəyənirsiniz?

- Axır vaxtlar musiqi dinləmirəm. Son dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Ümumiyyətlə, musiqiyə az-az qulaq asıram.

- Futbolu seçməsəydiniz...

- Futbolu seçməsəydim, bilmirəm, taleyim necə olardı. Amma boksdan xoşum gəlir. Özümü bu idman növündə, yaxud da basketbolda sınayardım.

- Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?

- Zəngli saat mənə çox tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Bundan sonra isə yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail