Tərlan Əhmədov: "Səhvlərin qurbanına çevrildik"

15.03.2019 | 4770 dəfə oxunub

Komandamın mübarizəsindən razı qaldım. Düzdür, səhvlər var. Amma məhz bu səhvlərin qurbanına çevrildik. Mübarizə, istək var idi. Bura 3 xal üçün gəlmişdik. İtkilərimiz var idi. David Kərimidən razı qaldım. Sərtan da zədəlidir. Ümumilikdə əvvəlki oyunlarla müqayisədə irəliləyiş var". 

Stadium.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Penaltini qaytardıqdan sonra oyununuzda canlanma hiss olundu. Amma tempi davam etdirə bilmədiniz.

- Komanda 90 dəqiqə mübarizə aparırsa, dayanmırsa, deməli, gücsüzlükdən söhbət gedə bilmir. Buraxılan iki qol həlledici oldu. Bilirdik ki, rəqib əks-hücuma yaxşı çıxır. İrəlidə 5 əcnəbi oyunçuları var. Onların qarşısı alınmalı idi. Amma sönük oyun göstərmədik. Baxımlı oyun var idi. Biz də qalib gələ bilərdik, qol epizodlarımız oldu. Qarşıya ümidlə baxırıq.

- Turnir cədvəlində komandalar bir-birinə yaxındır. Bu amil təzyiq yaradır?

- Sonuncu yerlərdə olan komandalarda təzyiq həmişə çox olur. Eyni zamanda çempionluğa oynayan klubda. Bu da təbii haldır. Nə qədər təzyiq çox olsa, daha möhkəm olmalıyıq. Bu, bizə əlavə stimul olmalıdır. Səhvlərimizin üzərində çalışıb, daha yaxşı nəticələr göstərməyə çalışacağıq.

- AFFA-da bildirdilər ki, Kamran Ağayevin yığmaya çağırılmaması zədə ilə bağlı deyil. Necə düşünürsüz, Kamran yığmaya layiq deyil?

- Bu sualın mənə aidiyyəti yoxdur. Yeni baş məşqçi var və onun öz baxış tərzi mövcuddur. Seçim onundur. Biz də hörmətlə yanaşmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail