Ağırlıqqaldıranımız Las-Veqasda tarix yazıb - FOTOLAR

16.03.2019 | 5088 dəfə oxunub

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında 8-ci dünya birinciliyi başa çatıb. Stadium.Az xəbər verir ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı mundialda Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər.

Yarışın son günündə körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov (102 + kq) çıxıb.

Atlet təkanla qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 174 kq nəticə göstərib. Yekunda o, bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb. Birdən qaldırma hərəkətində 131 kq nəticə göstərən idmançı toplam 305 kq-la 4-cü olub.

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlarından bu vaxta qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmayıb. Bu baxımdan Kazımovun medalı tarixə düşüb.

Yarışda Azərbaycan millisinin 5 üzvü mübarizə aparıb. 55 kq-da Ömər Cavadov, 67 kq-da Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medala sahib olub. Yığma oğlanlar arasında komanda hesabında 5-ci yeri tutub. İndiyə qədər bu nəticəyə heç bir Azərbaycan komandası nail ola bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail