Sadio Tounkaradan Azərbaycan Premyer Liqasında 150-ci oyun

17.03.2019 | 5703 dəfə oxunub

“Zirə”nin futbolçusu Sadio Tounkara Azərbaycan Premyer Liqasında 150-ci oyununu keçirib. Stadium.Az xəbər verir ki, bu, 21-ci turun “Keşlə” ilə ev oyununa təsadüf edib.

“Qartallar”ın 2:0 hesablı qələbəsi ilə başa çatan matçda meydana sonradan daxil olan malili yarımmüdafiəçi yubiley görüşünü keçirib. 

27 yaşlı legioner bu oyunlarda 20 qol vurub. O, 150 qarşılaşmanı üç müxtəlif klubun heyətində keçirib.

Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edən Tounkara 5 il şərəfini qoruduğu “Xəzər Lənkəran”ın heyətində 105 qarşılaşmada 16 qol vurub. 2016/17 mövsümünü AZAL-da keçirən yarımmüdafiəçi paytaxt klubunda 13 çempionat matçına çıxıb.

“Zirə”də ikinci mövsümdür çıxış edən afrikalı bu müddətdə 32 oyunun iştirakçısı olub. O, bu komandada 4 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail