Nikola Yurçeviç: "Rəqibə yuxarıdan-aşağı və ya həddən artıq güclü saymaq normal deyil" - MÜSAHİBƏ

18.03.2019 | 4782 dəfə oxunub

Millimizin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Stadium.Az xəbər veirr ki, 53 yaşlı təcrübəli mütəxəssis martın 21-də Zaqrebdə baş tutacaq qarşılaşmadan çəkinmədiyini deyib.

O, Xorvatiya mətbuatına müsahibəsində “Maksimir”də sürpriz nəticəyə imza ata biləcəklərini də gizlətməyib.

- Xorvatiya ilə matçın hazırlığına başlamısız. Toplanış necə keçir?

-  Biz təlim-məşq toplanışına yığışıb, seçmə mərhələnin hazırlığını davam etdiririk. Lakin hələ bir neçə oyunçu düşərgəmizə qoşulmayıb. Onlar da ölkə xaricində çıxış edən legionerlərdir. Heyətə çağırdığım futbolçuların heç birinin zədə ilə bağlı problemi yoxdur. Topaz Premyer Liqasının hesabat turunda alınan 1-2 xırda zədə var ki, onları ciddi hesab etmək olmaz. Təlim-məşq toplanışı çox əla səviyyədə təşkil edilib. Əla süni örtüklü meydanda hazırlıq keçirik. Komanda üçün ideal şərait yaradılıb.

- Qarşıdakı oyun öncəsi 2 komandanı – Xorvatiya və Azərbaycanı müqayisə etsəz, hansı fərqlər görünür?

- Əlbəttə, fərq nəzərə çarpandır. Xorvatiya tam başqa aləmdir. Buna baxmayaraq, bizim yaxşı oyunçularımız var və spesifik futbol sərgiləyirik. Bəzən kağız üzərində autsayder olan komanda güclü rəqib üzərində sürpriz nəticə qazanır, ya da yaxşı müqavimət göstərməsi ilə seçilir. Biz də “Maksimir”də bunu etməyə çalışacağıq. Görək bizdən gözlənilənləri nə dərəcədə yerinə yetirəcəyik.

- Belə çıxır ki, siz Zaqrebə Xorvatiyanı şoka salmaq üçün gəlirsiz? Axı, hamımız komandamızdan qələbə gözləyirik...

- Rəqibə yuxarıdan-aşağı və ya həddən artıq güclü saymaq normal deyil. Biz bu oyunda təslim olmaq istəmirik. Əksinə, düzgün oyun göstərib, nəsə etməyə çalışacağıq. Təbii ki, bizim elə yüksək reytinqimiz yoxdur. Amma nəyəsə ümid etməyə haqqımız var. Çalışacağıq ki, qrupumuzun favoritini təəccübləndirək. Xorvatiya millisinə Azərbaycanda hörmətlə yanaşırlar. Bakıdakı hər addımımda da bunu hiss edirəm.

- Bu ölkədə neçə ildir “Qarabağ” hegemonluq edir...

- Son illərdə ilk dəfədir ki, çempionluq üçün bu komanda ilə yanaşı, “Neftçi” də mübarizə aparır. Lakin hər 2 komanda çox sayda legionerlər var ki, onlar da klubda vacib rol oynayırlar. “Qarabağ” avrokuboklarda bir neçə dəfə qrupa düşüb, hətta bəzən favoritlərlə gözlənilməz nəticələrə də imza atıb.

- Azərbaycan KİV-i Ramil Şeydayev, Rüfət Dadaşov, Eddi İsrafilov və Dmitri Nazarovu fərqləndirir. Siz onlar barədə nə düşünürsüz?

- Şeydayev Rusiya Premyer Liqasında oynayan futbolçudur. Biz onu səbirsizliklə gözləyirik. Ramil yaxşı ustalıq keyfiyyətlərinə malikdir. Biz ona inanırıq. O, əsas ümidlərimizdən biridir.

- Bizə elə gəlir ki, siz oyunun böyük hissəsini müdafiə olunmaq üçün Xorvatiyaya gəlirsiz.

- 90 dəqiqə ancaq müdafiə olunacağımızı gözləmək çətindir. Əlbəttə, çalışacağıq ki, öz hücumlarımızla rəqibə təhlükə yaradaq. Hər bir imkan yarandıqda, buna cəhd edəcəyik. Biz Xorvatiya millisinə həqiqətən böyük hörmətlə yanaşırıq. Onlar haqda hər şeyi bilirik. Lakin müəyyən ümidlərimiz var. Bu 2 yığmanın start mövqeləri bəllidir. Xorvatiya aşkar favoritdir. Amma həmişə ümid yeri var. Mən də nikbinəm. Hesab edirəm ki, yaxşı oyun göstərəcəyik. Bunun hansı nəticə üçün kifayət edəcəyini isə qarşılaşma göstərəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail