"Yurçeviç hansı futbolçuları meydana buraxacağını özü hələ müəyyənləşdirməyib"

20.03.2019 | 6094 dəfə oxunub

AÇ-2020-nin seçmə mərhələsində martın 21-də Xorvatiyanın qonağı olacaq millimizin kapitanı Maksim Medvedev Zaqreb səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb:

- Nikola Yurçeviçin rəhbərliyi altında ilk oyununuza çıxacaqsınız. Onun rəhbərliyi altında çox məşq etmək imkanınız da olmayıb. Xorvatiya ilə oyundan nə gözləmək olar?

- Düzdür, yeni baş məşqçi ilə bir-birimizi daha yaxşı tanımaq üçün çox vaxtımız olmadı. Yurçeviç az müddətdə komadanı hazırlamalıdır. Hesab edirəm ki, o, indiki məqamda yığmanın futbol fəlsəfəsini yaratmağa deyil, bizi Xorvatiya ilə görüşə hazırlaşdırmağa çalışır. Qarşıdakı oyunların hamısı çətindir. Baş məşqçi də hər matçda futbolçulara fərdi tapşırıqlar verəcək. Biz Yurçeviçi hələ yaxşı tanımırıq. Onu, futbol fəlsəfəsini daha yaxşı mənimsəmək üçün zamana ehtiyacımız var. O ki qaldı rəqibə, Xorvatiya dünyanın ən güclü komandalarından biridir. Onlara qarşı oynamaq çox çətindir. Üstəlik, onlarla Xorvatiyadakı son matçda 0:6 hesablı məğlubiyyəti hamımız xatırlayırıq. Düşünürəm ki, belə yüksək səviyyəli futbolçulara qarşı bu dəfə daha diqqətli oynayacağıq. Onların ulduz futbolçulara malik olduğunu və bizə qarşı necə oynayacaqlarını bilirik. Meydanda sıxlıq yaratmağa, bir-birimizə yaxın oynamağa çalışacağıq ki, rəqibə çox boş sahə verməyək. Necə ki, onlarla son oyunda bunu edə bilmişdik.

- Sizin hansı mövqedə çıxış edəcəyiniz də müzakirə mövzusudur. Müdafiənin mərkəzində, yoxsa sağ cinahında oynayacaqsınız?

- Yəqin ki, öz mövqeyimdə, müdafiənin sağında çıxış edəcəm. Belə bir matçda eksperiment alınmaz. Oyuna yüksək səviyyədə köklənmişik. Rəqibin hündürboylu oyunçuları çoxdur. Bu səbəbdən daha yaxşı fiziki göstəriciyə malik oyunçular iştirak etməlidi ki, "ikinci mərtəbə"də mübarizə apara bilək.

- Kapitan məsələsi həllini tapdımı?

- Milliyə gəldiyim ilk gündə baş məşqçi mənimlə söhbətləşdi. Kamran Ağayevdən sonra kapitanlıq sarğısının mənə verilməsini istədiyini bildirdi. Kamran olmadığından, sarğı məndə olacaq. Fikrimcə, bunda hansısa problem olmayacaq.

- Bəs vitse-kapitan kim olacaq?

- Bu sualı baş məşqçiyə ünvanlasanız, daha yaxşı olar. Çox az müddətdə bir yerdə olmuşuq. Bunlar barədə uzun-uzadı söhbət etməyə vaxtımız olmadı. Əlbəttə ki, danışılası məsələlər, problemlər çoxdur. Ancaq indi buna vaxtımız yoxdur.

- Yurçeviç Xorvatiyanın təhlilini bitiribmi?

- Xorvatiyanı öncədən təhlil etmişik. Necə qol vurduqlarına da baxmışıq. Məşqlərdə bunların üzərində çalışmışıq.

- Yurçeviçin həmyerlisi Robert Prosineçki millimizi çalışdıranda start heyətini öncədən açıqlayırdı. Baş məşqçi sizə heyəti deyib?

- Xeyr, hələ bilmirik. Məşqlərdə futbolçuların mövqeləri dəyişdirilir. Dörd hissəlik futbol oynayırıqsa, hər hissədə fərqli heyət çıxış edir. Çünki hansı futbolçuları meydana buraxacağını özü hələ müəyyənləşdirməyib. Kimin hansı keyfiyyətlərə malik olduğuna baxır. Düşünürəm ki, baş məşqçi ən yaxşı heyəti seçəcək.

- AFFA rəhbərliyi sizinlə görüşdə mükafat məbləği ilə bağlı bir söz deyilmədi?

-  Xeyir, mükafat, pul barədə heç bir söhbət olmadı. Bizimlə görüşdülər, baş məşqçini təqdim etdilər.

- Yurçeviç Xorvatiya yığmasını yaxşı tanıyır. O, sizə rəqib barədə başqa məşqçinin deyə bilməyəcəyi hansısa bir detalı deyibmi?

- Xorvatiyanın futbolçularını istənilən vaxt təhlil etmək olar. Onların fərdi keyfiyyətlərini bilmək üçün kənardan köməyə ehtiyac yoxdur. Yurçeviç bu ölkənin nümayəndəsi kimi onların mentaliteti, futbolu, millisi haqda bizimlə fikirlərini bölüşür. Xorvatiya haqda çox məlumata malik olduğundan, bizə əlavə elementləri ötürə bilər.

- Bu amil yığmamızın şansını nə dərəcədə artırır?

- Xorvatiya elə komandadır ki, futbolçuları son fitə qədər mübarizə aparır, qaçırlar, fiziki cəhətdən çox güclüdülər. Üstün cəhətləri çoxdur, məğlub olmağı sevmirlər. Üstəlik, elə bir dövr olmayıb ki, bu qədər ulduz futbolçuları millidə cəmləşsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail