"Xorvatiyanın müdafiə xəttində problemlər olduğunu da bilirəm"

20.03.2019 | 4815 dəfə oxunub

"Bundan əvvəl də "Maksimir" stadionunda "Dinamo"ya qarşı çıxış etmişəm. Bu dəfə isə başqa bir yığma mənim rəhbərliyim altında doğma komandama qarşı mübarizə aparacaq. Xorvatiya millisində uzun müddət oynamışam, çalışmışam. Qəribə hisslərim və maraqlı təəssüratlarım var".

Stadium.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. Yığmamız AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu sabah səfərdə Xorvatiyaya qarşı keçirəcək.

Oyunöncəsi ölkəsinin mətbuatına fikirlərini bölüşən Yurçeviç millimizin hədəflərindən söz açıb: "Cəmi bir aydı burdayam. Komanda üzərində yüksək təzyiq, ciddi gözlənti yoxdu. Azərbaycanlılar reallıqla yaşayan insanlardı və bilirlər ki, bu komanda ilə böyük hədəflərə doğru getmək mümkün deyil. Onlar üçün əsas məsələ mümkün olduqca bir addım da irəliləməkdi. Komandanın əsasını yerli çempionatda oynayan futbolçular təşkil edir. Həmçinin bir neçə legioner də var ki, onların çıxışı yığmanın oyununa əlavə rəng qatır".

Xorvatiyalı mütəxəssis Zaqrebə səyahət üçün getmədiklərini vurğulayıb: "Azərbaycan yığması dəfələrlə sürpriz edə biləcəyini göstərib. Başa düşürük ki, FİFA reytinqində 108-ci komanda kimi 4-cü pillədə qərarlaşan komanda ilə oynayacağıq. Belə bir rəqibə qarşı mübarizə aparmaq bizim üçün şərəfdi. Var gücümüzlə mübarizə aparacağıq. Matçı səbirsizliklə gözləyirik".

Yurçeviç sonda rəqibin heyətindəki problemlərdən də söz açıb: "Bilirəm ki, dünya çempionatından sonra Xorvatiya yığmasının heyətində ciddi dəyişikliklər olub. Mundialda gümüş medal qazanan heyətin bir neçə üzvü artıq milliyə çağırılmır. Zlatko Daliçin komandasının müdafiə xəttində problemlər olduğunu da bilirəm. Ancaq sevindirici haldı ki, yığmaya gənc oyunçular dəvət olunur. Onlar Xorvatiya futbolunun gələcəyidi. Biz də çalışacağıq ki, gənc və təcrübəlilərin vəhdətindən qurulmuş komandaya qarşı bacardığımız qədər ürəklə mübarizə aparaq".

Sabah Zaqrebdə keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail