Eks "Xəzər Lənkəran"lı: "Ən pis dövr kimi Azərbaycana getməyimi seçərdim"

21.03.2019 | 5054 dəfə oxunub

"Hazırda məşqlərimi edirəm, karyeramı hələ bitirməmişəm. Jurnalistikanı bitirdiyim üçün şərhçi kimi də işləyə bilərəm".

Stadium.Az xəbər verir ki, bunu "Xəzər Lənkəran"ın sabiq qapıçısı Toni Doblas deyib. Karyerası ərzində ilk olaraq məhz Azərbaycan klubunda legioner həyatı yaşayan 39 yaşlı qolkiper daha sonra İtaliya, Finlandiya, Hindistan və Filippin kimi ölkələrdə çıxış edib.

Bu ilin əvvəlində "Seres-Neqros"dan ayrıldıqdan sonra klubsuz qalan Doblas hələ də karyerasını davam etdirmək niyyətindədi.

2013-cü ilin yanvarında "Saraqosa"dan "Xəzər Lənkəran"a keçən Toni Doblas Azərbaycan klubunda cəmi 6 ay qalıb.

O, İspaniya mətbuatına müsahibəsində çıxış etdiyi ölkələr barədə də danışıb: "Ən pis dövr kimi Azərbaycana getməyimi seçərdim. Çünki ondan sonrakı dönəm daha yaxşı alındı. Ordan ayrıldıqdan sonra "Napoli"də təcrübə toplamaq imkanı qazandım.

İtaliya klubuna gedəndə özümü yenidən yüksək səviyyəli futbolçu kimi hiss etməyə başladım. Çünki əla futbolçuların əhatəsinə və möhtəşəm məşqçi Rafael Benitesin rəhbərliyi altına düşdüm.

Hindistanda ulduz futbolçularla bir yerdə olurdum. Məşqlərimizi keçirdik, amerikan şirkəti isə şou təşkil edirdi. 

Açığı, son klubumun Filippin təmsilçisi olacağını gözləmirdim. Ümumiyyətlə, ağlıma belə gəlməyən bir çox yerlərdə oldum".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail