Halldorsson: "Mbappeni dayandırmağın yollarını düşünməliyik"

25.03.2019 | 4944 dəfə oxunub

"Qarabağ"ın qapıçısı Hannes Halldorssonun formasını geyindiyi İslandiya millisi bu gün AÇ-2020-nin seçmə mərhələsinin ikinci turunda səfərdə Fransanın qonağı olacaq. 

Stadium.az İslandiya mətbuatına istinadən yaydığı xəbərə görə, 34 yaşlı qolkiper dünya çempionları ilə keçirəcəkləri görüş haqda fikirlərini açıqlayıb. Təcrübəli qapıçı rəqibdən xal ala biləcəklərini istisna etməyib: "Biz elə komandayıq ki, istənilən rəqibdən xal ala bilərik. Amma bunun üçün yaxşı günümüzdə olmalıyıq. Fransa ilə oyunda da meydana özümüzə inanaraq çıxacağıq. " Fransızların heyətində Kilian Mbappeni xüsusi fərqləndirən Halldorsson hələ ötən ilin oktyabr ayında bu rəqiblə yoldaşlıq oyununda (2:2) 20 yaşlı hücumçunun meydana daxil olduqdan sonra komandasını məğlubiyyətdən xilas etməsini xatırlayıb: "Futbola çox az baxıram. Mbappeni də bizə qarşı oyunda görmüşdüm. Açıq-aydın görünür ki, səviyyəli futbolçudur. Meydana daxil oldu və oyunun axarını dəyişdi. 90 dəqiqə Kilina qarşı mübarizə aparmalı və onu dayandırmağın yolunu tapmalıyıq". 

Bu gün keçiriləcək Fransa - İslandiya oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail