Bordin: "Buna bənzər insident mənimlə Abasov arasında da olub"

07.04.2019 | 6093 dəfə oxunub

"Çox emosional oyun keçdi. Komandam yaxşı oyun sərgilədi. 2:0 hesabı ilə öndə olduğumuz vaxt açıq oyun getdi. Bu zaman qapımıza qollar vuruldu. Amma komandam xarakter göstərdi. Daha çox qol vura bilərdik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 23-cü turunda evdə "Zirə"yə 4:2 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasının ilk qolundan sonra tribunadakı azarkeşlərdən biri ilə insidentini belə şərh edib: "Hamı bizdən qələbə gözləyir. Qol gecikdiyi üçün emosionallıq oldu. Azarkeş mənə jest göstərmişdi. Buna görə belə alındı və bu da normal haldır".

54 yaşlı baş məşqçi Mirabdulla Abbasovla Ömər Buludovun zədələrindən də danışıb: "Mirabdulla çox yorulmuşdu, ona görə bərpa oluna bilmədi. Ömərdə də ciddi zədənin olduğunu düşünmürəm".

Bordin son dəqiqələrdə iki komanda futbolçuları arasında baş vermiş insidentə də münasibət bildirib: "Əlbəttə, oyunun sonlarında baş verənlər futbolun bir hissəsidir. Bunu normal qarşılayıram. Oyunçular arasındakı münaqişəni gördükdən sonra Samir Abasovla birgə aranı sakitləşdirməyə çalışdıq. Buna bənzər insident mənimlə Abasov arasında da olub. Amma artıq o, unudulub gedib. Bu gün isə birgə münaqişəni soyutduq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail