Azərbaycanlı futbolçu amerikalı turisti döyüb

12.04.2019 | 6936 dəfə oxunub

Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev insident törədib. Stadium.Az “Moskovsıy Komsomoleç” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva küçələrinin birində amerikalı turistlə dalaşıb.

Hadisə gün saat 11 radələrində baş verib. Quliyev idarə etdiyi maşınla svetoforun qırmızı işığında yolu keçib. Bu zaman onun avtomobili piyada keçidindən keçən amerikalı turist Maykl Ko Couns Eliyə toxunub. Nəticədə tərəflər arasında dava düşüb. Gənc futbolçu amerikalının burnunu qırıb. Hadisə yerinə polis və təcili tibbi yarım gəlib. 

Quliyev əvvəlcə günahın turistdə olduğunu, onun maşınına zərbə vurduğunu desə də, daha sonra səhvini etiraf edib və qarşı tərəfdən dəfələrlə üzr istəyib. O, turistin xəstəxana xərcini də üzərinə götürüb. Cons Eli isə futbolçudan şikayətçi olmadığını bildirib. 

Rusiya mətbuatı ötən ilin sonunda "Mersedes" alan Quliyevin 200-ə yaxın yol hərəkət qaydasını pozduğunu yazıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail