Nikola Yurçeviç Xorvatiyaya niyə gedib?

12.04.2019 | 6698 dəfə oxunub

"Yazılanlar doğru deyil. Bilmirəm, bu cür qeyri-dəqiq xəbərlər haradan çıxır. Hər gün Dmitri Kramarenko və Arif Əsədovla oluruq, komandaya aid məsələləri müzakirə edirik. Bunu onlardan soruşaraq da, dəqiqləşdirə bilərsiniz".

Bu sözləri açıqlamasında milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib. Premyer Liqamızın oyunlarını izləmədiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən xorvatiyalı mütəxəssis deyib: "Xorvatiya və Litva ilə oyunlardan sonra Bakıda olmuşam. Son 2 turun ümumilikdə 5 oyununu tribunadan canlı izləmişəm".

Hazırda ölkəsi Xorvatiyada olan çalışdırıcı ölkəsinə getməsinin səbəbini də açıqlayıb: "Heç bir problemim yoxdur. Dünən bir neçə günlük Zaqrebə gəlmişəm. Anamı və bacımı ziyarət edəcəyəm. Bundan başqa, millinin məşq planını tərtib etmək üçün fitness və analiz üzrə məşqçilərlə görüşəcəyəm. Köməkçim Mario Tokiç hazırda Bakıdadır və bu turun oyunlarınız canlı izləyəcək. Növbəti tura qədər isə özüm də Bakıda olacağam". (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail