Ayxan Abbasov: "Əlimizi aşağı salmaq olmaz"

13.04.2019 | 1416 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Zirə” – “Sumqayıt” (2:0) oyununda sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, 37 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib: - Qələbə üçün gəlmişdik. Oyun baxımından üstün olduq. Təəssüf ki, sonluq çatmadı. Bizdə ən çatışmayan şey qol vəziyyətlərindən yararlanmamağımızdı. Rəqib isə imkanlardan istifadə edə bildi. Sona 4 tur qalıb. Əlimizi aşağı salmaq olmaz. Qarşıdan kubok oyunları da gəlir. Əlimizdən nə gələcəksə, sona qədər vuruşacağıq. "Zirə"ni təbrik edirəm.

- Kubokla bağlı planlarınız nədi?

- Bu oyunda zədəlilərimiz çox idi. Dəyişikliklərdə də çətinlik çəkdik. Orta xətdə demək olar ki, futbolçumuz yoxdu. Elvin, Arif, Əfranın sıraya dönəcəyini gözləyirik. Böyük seçimimiz yoxdu. Hansısa futbolçu zədələnəndə çətinlik çəkirik. Kubok matçı “Sumqayıt” üçün çox önəmlidi.

- Əli Babayev emosional şəkildə komanda yoldaşlarına nə isə dedi, sonra siz onun üstünə qışqırdız. Ardınca isə əvəzlənməyini istədi. Nə baş verirdi?

- Oynayıb-oynamamağı sual altında idi. Dizində zədə var idi. Ola bilər ki, emosional reaksiya vermişəm. Onu sakit olmağa çağırırdım, sarı vərəqə almamasını istəyirdim. Əvəzlənmməsi dizindəki ağrılara görə idi. Oyundan əvvəl demişdi ki, 5 dəqiqəyə baxacam vəziyyətimə. Ola bilər ki, bu hadisələr üst-üstə düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.01.2020

23.01.2020

11:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10:24  "Yuventus" - "Roma" - 3:1 VİDEO

10:16  "Reyms" - PSJ - 0:3 VİDEO

22.01.2020

16:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:25  "Napoli" - "Latsio" - 1:0 VİDEO

21.01.2020

12:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.01.2020

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə