Tərlan Əhmədov: "Uduzulası oyun deyildi"

14.04.2019 | 372 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzan "Keşlə"nin baş məşqçi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb: "Oyunumuzda ürəkaçan irəliləyiş var idi. Ancaq qol vurmamaq problemimiz qalır. Bu qədər fürsətləri qaçırmaq və ikinci hissənin 20-ci saniyəsində qol buraxmaq üzücüdür. Uduzulası oyun deyildi. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Futbolçularda həmin psixologiya ilə bağlı sindrom davam edir. Onların zəhmətinə, əziyyət çəkmələrinə heyfim gəlir. Belə oyunla uduzmaq məyusedicidir".

Əhmədov 25-ci turda qarşılaşacaqları "Qarabağ"la oyuna kimi komandanı çətin vəziyyətdən çıxarmağa çalışacaqlarını deyib: "Futbolçularda bu düşüncə olmalıdır ki, qalib gəlmək üçün nə edim? Qorxsalar, məğlubiyyət baş verəcək. Çalışacağıq ki, komandanı "Qarabağ"la ağır oyundan öncə bu vəziyyətdən çıxaraq. Mən də futbolçu olmuşam. Elə şeylər var ki, baş məşqçi və rəhbərliyin gücü çatmır. Hər şey iradədən asılıdır. "Yuventus" B Seriyasına göndəriləndə Alessandro Del Pyero başda olmaqla bir çox aparıcı futbolçu komandanı tərk etmədi. Hər şey futbolçuların özündən asılıdır".

Mütəxəssis klubda maliyyə probleminin olmadığını söyləyib: "Klubda maliyyə problemi yoxdur. Futbolçular yaxın günlərdə məvaciblərini alıblar. Maliyyə probleminin olduğunu söyləmək yanlışlıq olardı. Futbolçu bəhanə gətirsə, səhv olar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

17:21  Qətər - Argentina - 0:2 VİDEO

23.06.2019

15:18  "Arxayınlaşmaq olmaz" - "Neftçi"nin yeni transferi

22.06.2019

21.06.2019

20.06.2019

18.06.2019

17.06.2019

14:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.06.2019

12:38  Argentina - Kolumbiya 0:2 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi