Sənan Qurbanov: "Çətin oyun oldu"

14.04.2019 | 5116 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gələn "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov oyundan sonra fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib: “Çətin oyun oldu. Bu haqda öncədən bilirdik və futbolçuları da məlumatlandırmışdıq. Onlar məşqlərdə, videoanalizlər zamanı tam məsuliyyəti dərk edərək hazırlaşmışdılar. Bilirdik ki, rəqib çox aqressiv oynayacaq. Meydançanın da vəziyyətini nəzərə almışdıq. Sevinirik ki, oyunu zədələrsiz və üç xalla başa vurduq. Bu, sevindirici məqamlardandır. Meydança ilə bağlı narahatçılığımız var idi. Oyunöncəsi məşqi də bu arenada etməmişdik. Çünki zədələrdən ehtiyat edirdik. Futbolçular mübarizə apardılar. Mövsümün sonunun gərgin keçəcəyini bilirik. Oyunçuları qələbə münasibətilə təbrik edirəm".

Qurbanov qollardan sonra müdafiəyə çəkilmələri haqda bunları deyib: "Futbolçular hesabda öndə olanda nədənsə müdafiə olunmaq barədə düşünürlər. Bu barədə tapşırıq vermirik, çalışırıq ki, belə olmasın. Amma bəzən konsentrasiya itkisi ilə üzləşirik. “Zirə” ilə görüşdə rəqib bizi buna məcbur etmişdi. Bəzən də top itkiləri üzündən müdafiədə oturmağa məcbur oluruq. Bunu gərginliklə bağlayardım. Komandada rəqabət olmasına çalışırıq. Belə olanda oyunçular istəkli oynayır. Bu gün Davit Volkovi tapşırıqların öhdəsindən gəlməyə çalışdı. Azarkeşlərə təşəkkür edirəm. Əziyyət çəkib yol qət edərək matça gəlmişdilər. Bu qələbə də onlara lazım idi ki, yaxşı əhval-ruhiyyə ilə geri qayıtsınlar. Ev matçlarında da bu qədər azarkeş görmək istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail